Yapon dili

Yapon dili əlifbasına keçid etməzdən öncə gəlin, yapon dili haqqında olan sual-cavab bölməmizə nəzər yetirək. Aşağıdakı cavablar ilə sizin, yapon dili haqqında qısa da olsa anlayışınız formalaşacaq.

Niyə yapon dili ?

Yapon dili bildiyiniz kimi Yaponiyanın rəsmi dövlət dilidir.130 milyondan çox istifadəçisi olan bu dil, dünyada isə ən çox danışılan dil olaraq 9-cu yeri tutur. Təkcə Yaponiyada deyil, həmçinin ABŞ, Filippin və Brazilyada ən çox istifadə olunan dillər siyahısında yer alır. Yaponiyadan kənarda 5 milyondan çox insan ikinci ana dili kimi yapon dilində danışır, 8 milyondan çox insan isə yapon dili öyrənir.

“Nihonqo” yoxsa “kokuqo” ?

Yaponların ana dili olduğuna görə yaponlar öz ana dillərinə 日本語 [nihonqo] deyil, 国語 [kokuqo] deyirlər. 国語 [kokuqo] “ölkənin dili/ ana dili” kimi, 日本語 [nihonqo] isə “yapon dili” kimi tərcümə olunur. Gördüyünüz kimi Yaponiyadan kənarda bu dilə “nihonqo” deyirlər.

Yapon dilində neçə əlifba var ?

Yapon dilində üç əlifba var : hiraqana 「ひらがな」, katakana「カタカナ」 və heroqlif「漢字」

1.Hiraqana 「ひらがな」əlifbası 46 hərfdən ibarətdir. Yapon mənşəlli sözləri, qrammatik hissələri və heroqlifi olmayan yapon əsilli sözləri yazdığımız zaman hiraqana əlifbasından istifadə edirik.

2.Katakana「カタカナ」 əlifbası 46 hərfdən ibarətdir. Yapon dilində olmayan, alınma sözləri (外来語) yazdığımız zaman  katakana əlifbasından istifadə edirik.

3.Heroqlif「漢字」4500/5000 -dən çox heroqlif var. Söz birləşmələri ilə birlikdə isə 40.000-ə kimi hesablanır.Gündəlik hərkəsin bilməli olduğu heroqlif sayı isə 2130-dur.

Çin dilindən alınma olsalar da, böyük təkamül göstərərək dəyişikliklərə məruz qalıblar.

Əsas nitq hissələri, sözlər və müəyyən ifadələr heroqlif ilə yazılır.

Yapon dilində hərflər yazıldığı kimi oxunur yoxsa xüsusi oxunuş qaydası var ?

Yapon dilində 5 sait səs var : a, i, u, e, o

/ア い/イ う/ウ え/エ お/

Digər samit səslər bu sait səslərə qoşularaq hecalar yaradır. Yəni, bir hərf heca şəklində oxunur.

Məsələn :

  • [ka]
  • [su]
  • [ri]
  • [mo]

Söz olaraq nümunə göstərək:

“Pişik” sözü

Alınma, yəni gəlmə söz olmadığına görə hiraqana/heroqlif əlifbasından istifadə edilir.

  • Heroqlif ilə yazılışı :
  • Hiraqana ilə yazılışı :
  • Oxunuşu : Neko

Bir cümlədə üç əlifbadan istifadə etmək olar?

Bir cümlə daxilində yapon mənşəlli söz və alınma sözlər varsa üç əlifbadan da istifadə edilir.

Məsələn:

これ日本カメラですBu, yapon kamerasıdır.

İstifadə olunan əlifbalar bunlardır:

  • これ hiraqana
  • hiraqana
  • 日本 heroqlif
  • hiraqana
  • カメラ katakana
  • です hiraqana

Heroqlifləri öyrənmək çətindir?

  • Bütün sözlərin heroqlifi yoxdur. Yapon dilində olan 300.000 sözdən sadəcə 50.000-ə yaxın olan sözlər heroqlif ilə yazılır.
  • Bütün heroqlifləri bilməyə ehtiyac yoxdur. Ən çox istifadə edilən heroqliflərin oxunuşunu və mənasını bilmək vacibdir.
  • Heroqlifi xatırlamayanda hiraqana əlifbasından istifadə edərək yazmaq olar.
  • Çətin, az istifadə olunan heroqliflərin üzərində hiraqana ilə oxunuşu verilir.

Niyə yapon dilində 3 əlifba var və necə yaranıb ?

Hiraqanada olan hərflər fiqurlara və ya hər hansı şəkilə bənzədilir. Əslində isə hiraqana və katakana əlifbası Heian (794-1185 ə.ö) dövründə Çindən gələn heroqliflər əsasında yaradılaraq təkmilləşdirilib.

Qədim dövrdə Çinin digər Asiya ölkələrinə böyük təsiri olub. Həmin bu ölkələrin siyahısına Yaponiya da daxildir. Yaponiya heroqlif ilə 4-cü əsrdə tanış olub.

Keçmişdə yapon aristokratlar, yüksək rütbəli şəxslər, saray adamları çin dilində yazmağa və danışmağa üstünlük verdiklərinə görə çox sayda yapon dilinə heroqlif ilə yazılan sözlər daxil olub. Bütün rəsmi sənədlər, sözləşmələr çin dilində yazıldığına görə uzun müddət çin dili təhsil dili kimi düşünülüb. Həmçinin şeirlər və romanlar da çin dilində yazılırdı.

Daha sonrakı dövrlərdə bu artıq problem yaratmağa başladı. Danışıq dili yapon dili olsa da, yazı və ədəbi dil çin dili sayılırdı.Buna görə də çin dilindən gələn heroqliflərə yapon dilində olan səslənmələr, mənalar əlavə edildikdən sonra heroqliflər böyük dəyişikliklərə məruz qalıb.

Bu dəyişimdən sonra yapon dili lüğətinin inkişafı yapon dili əlifbasının yaranmasına səbəbiyyət verdi. Hiraqana və katakana əlifbası heroqliflər əsasında yaranıb.

Hiraqana əlifbasının hər kəs tərəfindən qəbul edilməsi, dilin bir hissəsi olması uzun zaman aldı. Belə ki, hələ də rəsmi prosedurlar, dövlər sərəncamları, müqavilələr heroqlif ilə yazılmağa davam edirdi. Qadınlar kişilər ilə eyni dərəcə təhsil almaq şansları olmadığına görə sadə yazılış sistemi ilə fərqlənən hiraqana əlifbası, ilk öncə qadınlar arasında populyar olmağa başladı.

Həm əlaqə vasitəsi kimi, həm də ədəbiyyatda istifadə edilən hiraqana əlifbası tez zamanda yayılmağa başlayır. Belə ki, dünyanın ilk romanı hesab olunan «Qenci Monoqatari» romanı hiraqana əlifbasında yazılıb.

Daha sonra kişi yazıçılar da ədəbi əsərlərində hiraqanadan istifadə etməyə başladılar. Amma hələ də məktublarda, rəsmi sayılmayan yazışmalarda hiraqana əlifbası, rəsmi prosedurlarda isə katakana və heroqliflərdən istifadə edilməyə davam edilirdi.

19-cu əsrdən etibarən isə dildə olan söz rəngarəngliyi, lüğətin inkişaf edilməsi ilə hər üç əlifbadan (hiraqana, katakana, heroqlif) istifadə edilməyə başlanıb.

Əgər sizə, Yapon dilinin tarixi maraqlı gəlirsə "Ümumi kitablar" bölməmizdən "Yapon dili tarixi" kitablarını yükləyib oxuya bilərsiniz.

Hiraqana əlifbası

Hiraqana 「ひらがな」əlifbası 46 hərfdən ibarətdir. Yapon mənşəlli sözləri, qrammatik hissələri və heroqlifi olmayan yapon əsilli sözləri yazdığımız zaman hiraqana əlifbasından istifadə edirik.

Hiraqana əlifbasında 5 sait hərf var :


a

i

u

e

o

Qalan həriflər isə heca formasında bu saitlər əsasında düzəlir.


ka

ki

ku

ke

ko

sa

şi

su

se

so

ta

çi

tsu

te

to

na

ni

nu

ne

no

ha

hi

fu

he

ho

ma

mi

mu

me

mo

ya
 
yu
 
yo

ra

ri

ru

re

ro

va

vo

n/m

Kar samitlərin cingiltili formasını düzəltmək üçün (“) iki balaca xətt işarəsini qoymaq kifayətdir.Məsələn : か-ka kimi oxunan hiraqanın üzərinə iki xətt qoyanda が-qa kimi oxunur.

  • Qeyd. じ / ぢ / づ hərflərinin səslənməsi Azərbaycan dilində qarşılığı olmadığına görə videoya baxaraq səslənməni əzbərləməyiniz məsləhətdir.

qa

qi

qu

qe

qo

za

dji

zu

ze

zo

da

dci

dzu

de

do

ba

bi

bu

be

bo

“Ha”-sırasında olan hiraqanaların üzərinə balaca dairə işarəsi qoyanda “p” kimi oxunur.


pa

pi

pu

pe

po

Bəzi hiraqana birləşmələri var ki, onları düzəltmək heç də çətin deyil.Onları düzəltmək üçün (ya) (yu) (yo)-dan istifadə etmək lazımdır.Onlar birləşdiyi い səsli hiraqanadan sonra kiçik yazılır, ondan əvvəlki hecanın saiti düşür. Məsələn : き(ki)+や(ya)=きゃ kiya kimi deyil kya kimi oxunur.

 Qeyd : Əgər hiraqananın yanında や (ya) ゆ (yu) よ (yo) kiçik həriflə yazılmayıbsa elə olduğu kimi oxunur. Məsələn : りよ riyo.

Həmin birləşmələr bunlardır :

きゃ
kya
きゅ
kyu
きょ
kyo
ぎゃ
qya
ぎゅ
qyu
ぎょ
qyo
しゃ
şa
しゅ
şu
しょ
şo
じゃ
dja
じゅ
dju
じょ
djo
ちゃ
çya
ちゅ
çyu
ちょ
çyo
にゃ
nya
にゅ
nyu
にょ
nyo
ひゃ
hya
ひゅ
hyu
ひょ
hyo
びゃ
bya
びゅ
byu
びょ
byo
ぴゃ
pya
ぴゅ
pyu
ぴょ
pyo
みゃ
mya
みゅ
myu
みょ
myo
りゃ
rya
りゅ
ryu
りょ
ryo

Hiraqanadan sonra balaca “tsu” っ hərfini görürsünüzsə bu, qoşallaşma deməkdir. Özündən sonra gələn hecaya birləşərək samit səsi qoşalaşdırır.Məsələn  : とった = totta

Hiraqanaların yazılış qaydasını aşağıda verilən linklərdən öyrənə bilərsiniz :

Hiraqanaları daha yaxşı yadda saxlamaq üçün aşağıdakı videoya baxa bilərsiniz:

Düzgün tələffüz qaydasını öyrənmək üçün aşağıdakı videoya baxa bilərsiniz :

Hiraqanı daha tez öyrənmək istəyirsinizsə, o zaman hiraqana əlifbasından istifadə edilən yazıları oxumalısınız.Gəlin məşq edək!

Aşağıda yapon nağılından qısa hissə verilib.Onu oxumağa çalışın.Əlifbaya baxa bilərsiniz:

むかしむかし、にんげん も うまれて いない、おおむかし の ある とし の くれ の こと です。かみさま が、どうぶつたち に いいました。もうすぐ しょうがつ だ。がんたん には、みんな わたし の ところ に きなさい。そして、さき に きた もの から じゅうにばんめ まで を、その とし の たいしょう と しよう.

Kitab şəkilində çıxartdırıb məşq etmək üçün "Başlanğıc səviyyə kitabları" bölməmizdən kitabları yükləyə bilərsiniz.

Katakana əlifbası

Katakana「カタカナ」 əlifbası 46 hərfdən ibarətdir. Yapon dilində olmayan, alınma sözləri (外来語) yazdığımız zaman  katakana əlifbasından istifadə edirik.

Katakana əlifbasında olan 5 sait bunlardır :


a

i

u

e

o

Digər hecalar isə bu saitlər əsasında formalaşır :


ka

ki

ku

ke

ko

sa

şi

su

se

so

ta

çi

tsu

te

to

na

ni

nu

ne

no

ha

hi

fu

he

ho

ma

mi

mu

me

mo

ya
 
yu
 
yo

ra

ri

ru

re

ro

va

vo

n/m
 

Kar samitli hecaların üzərinə iki balaca dırnaq işarəsi qoyduqda cingiltiləşir.Hecaların cingiltili forması isə belə olur :


qa

qi

qu

qe

qo

za

dji

zu

ze

zo

da

dci

dzu

de

do

ba

bi

bu

be

bo

Ha-sırasında olan samit hecaların üzərinə balaca dairə qoyanda “h”-“p” kimi oxunur.


pa

pi

pu

pe

po

Birləşmələr : ャ(ya) ュ(yu)  ョ(yo) birləşdiyi hecalarda isə özündən əvvəlki hecanın saitini düşürdür.Diqqət : ya, yu, yo birləşdiyi hecadan kiçik yazılır.Məsələn : キャ (kya). Əgər kiçik yazılmırsa olduğu kimi oxunur.Məsələn : きや (kiya)

Birləşmələr bunlardır :

キャ
kya
キュ
kyu
キョ
kyo
ギャ
qya
ギュ
qyu
ギョ
qyo
シャ
şa
シュ
şu
ショ
şo
ジャ
dja
ジュ
dju
ジョ
djo
チャ
çya
チュ
çyu
チョ
çyo
ニャ
nya
ニュ
nyu
ニョ
nyo
ヒャ
hya
ヒュ
hyu
ヒョ
hyo
ビャ
bya
ビュ
byu
ビョ
byo
ピャ
pya
ピュ
pyu
ピョ
pyo
ミャ
mya
ミュ
myu
ミョ
myo
リャ
rya
リュ
ryu
リョ
ryo

Katakanadan sonra uzun xətt “ー” görürsünüzsə bu uzunma deməkdir. Məsələn : ケー キ (ke:ki)

“ッ” balaca “tsu” iki hecanı qoşalaşdırır. Özündən sonra gələn hecaya birləşərək samit səsi qoşalaşdırır.Məsələn : チャック (çakku)

Aşağıda katakana ilə yazılmış sözləri oxumağa çalışın.

アメリカ , ロシア, カンニング, ツアー, サラリーマン, モーツァルト,クラクション, ソファ, ハロウィーン, フライドポテト

Yazılış qaydasını aşağıda verilən linklərdən öyrənə bilərsiniz :

Daha yaxşı yadda saxlamaq üçün aşağıdakı videoya baxa bilərsiniz:

Kitab şəkilində çıxartdırıb məşq etmək üçün "Başlanğıc səviyyə kitabları" bölməmizdən kitabları yükləyə bilərsiniz.

Müəllif : Gülşən Cabbarlı

jacrazy.me