Xatırlıyıram ilk dəfə anime ilə 7 yaşımda 1-ci sinifə başlayan vaxtlarda tanış olmuşdum. O vaxtlar yapon dilinə marağım o qədər də yox idi, sadəcə rəngli şəkillərin hərəkəti maraqlı idi. Üstəlik o vaxtlar animenin Yapon sənəti olduğunu da bilmirdim. Zamanla daha çox anime izlədikcə animenin Yapon sənəti olduğunu, danışdıqları dilin Yapon dili olduğunu öyrəndim. Başlarda vaxtımın daha azını animeyə sərf edirdim amma böyüdükcə manqalar oxuyub, Yapon mahnılarını dinləyib və daha çox anime izləmişdim, bütün bunlar mən fərqində olmadan Yapon dilinə marağımın artmasına səbəb olmuşdu. Nəhayət 2017-ci ilin yayında Yapon əlifbalarını öyrənməyi qərara aldım. Yayın son ayında Hiragana və Katakananı öyrənmiş, Kanji öyrənməyə başlamışdım amma Kanjini və qrammatikanı necə öyrənəcəyimdən əmin deyildim, buna görə də Yapon dili kursları ilə maraqlanmağa başladım. Təsadüfən bir dostum mənə Gülşən-samanın kursunu tövsiyə etdi, kursa sentyabrda başladım kursun ilk günündən fərqi hiss eləmək mümkün idi, (artıq yapon dilini sökürdüm) ilk dəfə idi ki, belə bir mühitə düşmüşdüm. Çox pozitiv və optimist müəlimimizlə birlikdə daha rahat öyrəndiyimin fərqinə vardım və bu əla hiss idi. Təəcüblüdür ki, bu kursda bütün tələbələr bir-birini tanıyır və birlikdə öyrənməkdən zövq alırlar. İndiyə qədər fərqli dilləri öyrənmək üçün bir neçə kurs dəyişmişəm amma heç birində bu cür səmimi və gülərüz müəllim və tələbələrlə qarşılaşmamışam. Bu kursda olduğum üçün həqiqətən də şanslı olduğumu düşünürəm. Hər şeyə görə kursun tələbələrinə və Gülşən Senseiə təşəkkürlər 🙂