Skip to content
Advertisements

Lamiyə Səfərova


Yapon dilini öyrənmək istədiyim andan Bakıda yapon dili kursunun olmasını arzulayırdım. Və bir gün dostumun mənə atdığı link ilə Hana sensein yapon dili kursunun elanını gürdüm. Beləliklə, qeydiyyatdan keçərək, mən də Hana sensein tələbəsi oldum. Kursda sadəcə dil öyrənmədim, həm də Yapon mədəniyyəti ilə tanış oldum. Ən əsası çoxlu dostlar qazandım. Müəlliməmin yaratdığı pozitiv atmosfer bizi dostlaşdırdı və biz, bu 2 il ərzində möhtəşəm xatirələr yaratdıq. Yapon dilini öyrənməklə bərabər yapon mədəniyyətini təmsil edən tədbirlərdə iştirak etdik, müxtəlif yaponlar ilə ünsiyyətdə olduq. Yapon dostlar qazanaraq, Bakıya dəvət etdik, mədəniyyət mübadiləsi apardıq. Təhsildə uğurlarımız da oldu. Mən, JLPT N3 sertifikatını qazandım. HamısıHana sensein sayəsində oldu. Her şeyə göre təşəkkürlər, sensei.

Advertisements
%d bloqqer bunu bəyənir: