Günay Qocalı

Uşaqlıqdan hemişe Asiya ölkelerine marağım olub.Bir gün YouTube’da bir videoya rast geldim.5 deqiqelik yığcam formada olan bu video heç melumatım olmadığı bir dille meni tanış etdi ve özüne çekdi.Hemin gün biraz araşdırma etdim.Yapon dilinin dünyanın en çetin dillerinden biri olduğun ve heroqlif sayın bildikde dedim hech vaxt öyrene bilmeyecem.Lakin anam nece çox bu dili öyrenmek istediyimi bilirdi.Ölkemizde bu dili bilib öyreden müellimlerinde az olduğu melum idi.Anam geldi ve Gülşen müellime ile bu dili öyreneceyive inanıram dedi.Kursla maraqlandım ,Sensei ile tanış oldum ve her şey deyişdi(yaxşıkı varsız Sensei😍)Eger siz bu kursdasızsa heç vaxt yadlıq çekmezsiz chunki gülerüz , istiqanlı bir müellimeniz olacaq.En yaxşı ve asan yolla size bu dil oyredilecek.Bilmek istediyiniz melumatları Sensei’in saytından da asanca öyrene biler,yapon dilinde olan kitablarla tanış ola bilersiz.Qısaca Hana sensei elinden gelenin en yaxşısın ederek , öyrenmek üçün bütün imkanları yaradır.Indi 15 ay tamam olur.Helede öyrenmeli olduğum çox şey var.Öyreneceyimede eminem.Lakin heroqliflerin sayı sizi qorxutmasın eger sizin Hana sensei kimi bir müellimeniz varsa öyrenmek o qederde çetin olmur.😉

Gülşən Ağayeva

Bu kursa daxild olduqdan bəri, təkcə dil öyrənməklə qalmadım, Bakıdakı yapon cəmiyyətinə də daxil oldum. Müxtəlif tədbirlərdə izləyici və ya təşkilatçı olmaq şansı qazandım. Bir il ərzində 3cü səviyyəyə adlaya bildim. Kursumuz mənə çox yaxın dostlar, sevdiyim dili öyrənmə şansı qazandırdı. Artıq iki il tamam olub və ikinci ailəm kimidir.

Sədi Nağıyev

Xatırlıyıram ilk dəfə anime ilə 7 yaşımda 1-ci sinifə başlayan vaxtlarda tanış olmuşdum. O vaxtlar yapon dilinə marağım o qədər də yox idi, sadəcə rəngli şəkillərin hərəkəti maraqlı idi. Üstəlik o vaxtlar animenin Yapon sənəti olduğunu da bilmirdim. Zamanla daha çox anime izlədikcə animenin Yapon sənəti olduğunu, danışdıqları dilin Yapon dili olduğunu öyrəndim. Başlarda vaxtımın daha azını animeyə sərf edirdim amma böyüdükcə manqalar oxuyub, Yapon mahnılarını dinləyib və daha çox anime izləmişdim, bütün bunlar mən fərqində olmadan Yapon dilinə marağımın artmasına səbəb olmuşdu. Nəhayət 2017-ci ilin yayında Yapon əlifbalarını öyrənməyi qərara aldım. Yayın son ayında Hiragana və Katakananı öyrənmiş, Kanji öyrənməyə başlamışdım amma Kanjini və qrammatikanı necə öyrənəcəyimdən əmin deyildim, buna görə də Yapon dili kursları ilə maraqlanmağa başladım. Təsadüfən bir dostum mənə Gülşən-samanın kursunu tövsiyə etdi, kursa sentyabrda başladım kursun ilk günündən fərqi hiss eləmək mümkün idi, (artıq yapon dilini sökürdüm) ilk dəfə idi ki, belə bir mühitə düşmüşdüm. Çox pozitiv və optimist müəlimimizlə birlikdə daha rahat öyrəndiyimin fərqinə vardım və bu əla hiss idi. Təəcüblüdür ki, bu kursda bütün tələbələr bir-birini tanıyır və birlikdə öyrənməkdən zövq alırlar. İndiyə qədər fərqli dilləri öyrənmək üçün bir neçə kurs dəyişmişəm amma heç birində bu cür səmimi və gülərüz müəllim və tələbələrlə qarşılaşmamışam. Bu kursda olduğum üçün həqiqətən də şanslı olduğumu düşünürəm. Hər şeyə görə kursun tələbələrinə və Gülşən Senseiə təşəkkürlər 🙂

Novruzova Rüqayə

05.01.2016 bu tarix dünyagörüşümün dönüş nöqtəsi oldu..Yapon dili kursu bizə sırf dil deyil,dostluq,birlik,bərabərlik,və ən əsası isə gözəl bir sensei (müəllimə)hədiyyə etdi..O bizim Hydrangea’mızdı(yapon gülü)..O bizə elmi terapiya ilə bərabər fitoterapiya da edir.kim nə deyir desin mən hər hansı bir dərsi sevmək üçün ilk o dərsi tədris edən müəllimi sevməlisən deyə düşünürəm..və bizə Yapon dilini sevdirən,öyrədən,bu yolda əlindən gələni əsirgəməyən kursumuza və Senseyimizə təşəkkürlər🌸

Ülkər Məmmədova

Çox sevdiyim və rəğbət bəslədiyim ölkələrdən biridir. Ilk marağım və sevgim animedən başlayıb. Dili, mədəniyyəti, insanları çox xoşuma gəlib və indi də daha yaxın və yaxşı tanımağa çalışıram. Bunda isə Hana sensei-miz kömək edir. Kursda həm dili, həm mədəniyyəti yaxından tanıyırıq. Yaponiyadan gələn qonaqlar ilə görüşürük, ünsiyyət qururuq. Dərslərimiz çox maraqlı və aydın keçir. Çox sevinirəm ki, mən bu kursdayam.

Nəzrin Əliyeva

Mənim Yaponiyaya sevgim animedən başlayıb. İldən ilə marağım daha da artır, ona görə də mən yapon dili kursuna yazıldım və kursda keçirilən dərslərdən həzz alıram. Çox şadam ki mən bu kurslara yazıldım. Mənə yapon dilini öyrətdiyi üçün öz müəlliməmə öz minnətdarlığımı bildirirəm.❤

Şəms Azimova

Noyabrda kursa gəlməyimin 2-ci ayının tamam olmasına baxmayaraq, qısa müddət ərzində çox şey əldə etdiyimi düşünürəm və dahasını da əldə edəcəyimə inanıram.Positiv atmosfer, Yaponiyanı həddsiz sevən dostlar və ən əsası tələbələrinə can yandıran Hana sensei. Kurs haqqında qısaca demək istədiyim bir ifadə var. for success choose the best 🤗

Ziba Sadıqova

Yapon dili kursu? Xeyr, burda nəinki dil, yapon mədəniyyəti, müasir durumu, yapon xalqının ünsiyyət tərzi və başqa maraqlı və bilməyə dəyəcək qədər biliklərə nail olacaqsınız. Ümumiyyətlə, tam yapon atmosferinə düşmək şansınız olacaqdır. Bu isə deməkdir ki, tamamilə fərqli, fantastik dünyaya səyahət etmiş olacaqsız. Hətta Azərbaycana gələn yapon qonaqları ilə ünsiyyət qurmaq mümkün olacaqdır. Bu sadece” yapon dili kursu” deyil. .Bu sizi Yaponiyaya hər tərəfdən yaxın edəcək bir aləmdir.

Vüqar Abbasov

Şərq mənim üçün həmişə maraqlı olmuşdur və regiondakı cəlb edici, özünə məxsus mədəniyyəti ilə seçilən ölkə Yaponiyadır. Bu ölkəni “kəşf” etməyin ən yaxşı yolu isə yapon dilini bilməkdir. Bakıda bu dili öyrənməyin ən asan yolu yapon az kurslarından yararlanmaqdır. Çünki, kurs sayəsində qısa zamanda çox böyük irəliləyiş əldə etmişəm. Ümid edirəm ki, daim gülərüz, mehriban və tələbkar müəlliməmin üzərimdəki əziyyətlərini doğruldacağam.

Emil Hacılı

Əvvəllər yapon dilinin çox çətin bir dil olduğunun düşünürdüm. Lakin yapon.az kursu bu fikrimi dəyişdirdi. Özünə xas atmosferi, tələbələri və öyrədici üsulları olan bu kursda yapon dilini həqiqətəndə əylənərək öyrənirəm. Bunda əlavə, bu kurs təkcə yapon dili öyrətməklə qalmayır, tələbələrinə Yaponiya mədəniyyətini və Yaponiyaya getmək yollarını öyrədir.Dərsləri öyrənərək əylənirəm. Hətta bəzən ancaq əylənirəm. Bu kursda bəxtinizi sınamağa dəyər.