Öyrənməyə buradan başla

Biz, müəllimələrimizin uğuruna deyil, tələbələrimizin nəticələrinə cavabdehik.

Yapon dili kursu? Xeyr, burda nəinki dil, yapon mədəniyyəti, müasir durumu, yapon xalqının ünsiyyət tərzi və başqa maraqlı və bilməyə dəyəcək qədər biliklərə nail olacaqsınız. Ümumiyyətlə, tam yapon atmosferinə düşmək şansınız olacaqdır. Bu isə deməkdir ki, tamamilə fərqli, fantastik dünyaya səyahət etmiş olacaqsız. Hətta Azərbaycana gələn yapon qonaqları ilə ünsiyyət qurmaq mümkün olacaqdır. Bu sadece” yapon dili kursu” deyil. .Bu sizi Yaponiyaya hər tərəfdən yaxın edəcək bir aləmdir.

Noyabrda kursa gəlməyimin 2-ci ayının tamam olmasına baxmayaraq, qısa müddət ərzində çox şey əldə etdiyimi düşünürəm və dahasını da əldə edəcəyimə inanıram.Positiv atmosfer, Yaponiyanı həddsiz sevən dostlar və ən əsası tələbələrinə can yandıran Hana sensei. Kurs haqqında qısaca demək istədiyim bir ifadə var. for success choose the best 🤗

Uşaqlıqdan hemişe Asiya ölkelerine marağım olub.Bir gün YouTube’da bir videoya rast geldim.5 deqiqelik yığcam formada olan bu video heç melumatım olmadığı bir dille meni tanış etdi ve özüne çekdi.Hemin gün biraz araşdırma etdim.Yapon dilinin dünyanın en çetin dillerinden biri olduğun ve heroqlif sayın bildikde dedim hech vaxt öyrene bilmeyecem.Lakin anam nece çox bu dili öyrenmek istediyimi bilirdi.Ölkemizde bu dili bilib öyreden müellimlerinde az olduğu melum idi.Anam geldi ve Gülşen müellime ile bu dili öyreneceyive inanıram dedi.Kursla maraqlandım ,Sensei ile tanış oldum ve her şey deyişdi(yaxşıkı varsız Sensei😍)Eger siz bu kursdasızsa heç vaxt yadlıq çekmezsiz chunki gülerüz , istiqanlı bir müellimeniz olacaq.En yaxşı ve asan yolla size bu dil oyredilecek.Bilmek istediyiniz melumatları Sensei’in saytından da asanca öyrene biler,yapon dilinde olan kitablarla tanış ola bilersiz.Qısaca Hana sensei elinden gelenin en yaxşısın ederek , öyrenmek üçün bütün imkanları yaradır.Indi 15 ay tamam olur.Helede öyrenmeli olduğum çox şey var.Öyreneceyimede eminem.Lakin heroqliflerin sayı sizi qorxutmasın eger sizin Hana sensei kimi bir müellimeniz varsa öyrenmek o qederde çetin olmur.😉

Mənim Yaponiyaya sevgim animedən başlayıb. İldən ilə marağım daha da artır, ona görə də mən yapon dili kursuna yazıldım və kursda keçirilən dərslərdən həzz alıram. Çox şadam ki mən bu kurslara yazıldım. Mənə yapon dilini öyrətdiyi üçün öz müəlliməmə öz minnətdarlığımı bildirirəm.❤

%d bloqqer bunu bəyənir: