
Dərslərimiz tamamilə sizin hədəflərinizə əsaslanır.
Giriş səviyyəsi:
JLPT N5-dən (Başlanğıc) JLPT N1-ə kimi (Yuxarı), bütün səviyyələr üçün uyğundur.
ƏTRAFLI:
- Qrup: min. 2 nəfər, max. 4 nəfərdən ibarət olur.
- Qrupda dərslər üçün aylıq ödəniş: 70 AZN
- Fərdi dərslərin aylıq ödənişi: 100 AZN
- SKYPE dərslərin aylıq ödənişi: 90 AZN
- Müddət: Dərslər həftədə iki dəfə olmaqla, hər dərs 60-90 dəqiqə keçirilir.
- Bonus: həftədə bir dəfə ödənişsiz olaraq danışıq dərsində iştirak etmək şansı qazanırsınız.
- Dərs materialları: Ödənişsizdir ( Qeyd: kitab şəkilində dərs materialı bu siyahıya daxil deyil )
- Kursun müddəti: Başlanğıc səviyyə (1 ay) , Aşağı səviyyə (3 ay), Orta səviyyə (6/8 ay), Yuxarı səviyyə (12 ay)
Qiymətləndirmə:
Tədris proqramına istinadən təşkil olunan test və aktiv imtahan vasitəsi ilə bilik və bacarıqlarınız qiymətləndirilərək təqdim edilir.
Tədris proqramı:
Pedaqoqlar, hər səviyyəyə uyğun olaraq proqramlaşdırılmış yüksək elmi tədris metodikasından istifadə edərək dərsləri tədris edir.
Tədris metodikası:
- Dərsləri maraqlı etmək üçün interaktiv və intensiv tədris metodologiyasından istifadə edilir. ( Hər ay təşkil olunan yarışlar/ kartlar vasitəsi ilə vizual söz öyrənmə bacarıqları/ film və animasiya vasitəsi ilə dinləmə qabiliyyətinin gücləndirilməsi/yapon dilində özünü inkişaf proqramları/ qrup işləri/ yapon dilində nitqin inkişafı üçün “sürətli oxuma” layihəsi/)
- Yapon dili öyrənən tələbələr, nəinki yapon dili nəzəriyyəsini, həmçinin Yaponiyanın mədəniyyətini, tarixini yaxından tanımaq şansı əldə edirlər.
- Danışıq dərsləri, yalnız kurs daxili və yerli müəllimlər ilə birlikdə deyil, həmçinin qonaq yapon müəllimlər ilə birlikdə keçirilir.



