JLPT nədir?

JLPT – YAPON DİLİ SƏVİYYƏ İMTAHANI

JLPT sözünün tam forması belədir : Japanese Language Proficiency Test. JLPT ( Yapon dilində: 日本語能力試験 [nihonqo nouryoku şiken] ) imtahanının 5 səviyyəsi var : N1, N2, N3, N4 və N5. Ən asan səviyyə ⬇️N5 səviyyəsi olub, ən çətin səviyyəsi isə ⬆️N1-dir. JLPT sertifikatı vasitəsi ilə Yaponiyada təhsil almaq, işləmək və daimi yaşayış haqqı almaq mümkündür. İndi isə keçid alaq ətraflı məlumata:


SəviyyələrMəlumat
JLPT N5Hiraqana, katakana və baza heroqliflərlə yazılmış gündəlik ifadələri və cümlələri oxuyub başa düşməklə yanaşı, dinləmədə qoyulan mövzulara aid dialoqları dinləyib başa düşməlisiniz.
JLPT N4Asan söz bazası və heroqlif ilə yazılmış işlək gündəlik mövzulara aid mətnləri oxuyub dərk etməklə yanaşı, gündəlik həyatda tez-tez rastlaşdığımız prosedurlara aid danışıqları dinləyib başa düşməlisiniz.
JLPT N3*Gündəlik mövzulara aid xüsusi məzmunlu yazılı materialları oxuyub başa düşməlisiniz.
*Qəzet başlıqları kimi xülasə məlumatları da qavramaq qabiliyyətinə malik olmalısınız.
*Əlavə olaraq, gündəlik həyatda rast gəlinən çətin yazıları oxuya bilmək, həmçinin qəliz cümlələri alternativ ifadələr ilə əvəz etmək qabiliyyətinə sahib olmalısınız.
Dinləmədə isə gündəlik həyatda tez -tez rast gəlinən, normal tempdə danışılan dialoqları, eyni zamanda danışanlar arasındakı əlaqəni, mövzunu tez zamanda tutmaq bacarığına sahib olmalısınız.
JLPT N2*Qəzet və jurnallardakı məqalələri, şərhləri, sadə tənqidləri, müxtəlif mövzularda aydın şəkildə yazılmış materialları oxuyub məzmununu dərk etməlisiniz.
*Ümumi mövzularda yazılı materialları oxumaq qabiliyyətini formalaşdırmaqla yanaşı, hekayələrin ardıcıllığını izləyə və yazıçıların niyyətini anlamalısınız.
*Yaponların gündəlik sürətli danışığını anlamalı, həmçinin televiziyada olan proqramları, xəbərləri, radio verilişləri dinləyərək rahatlıqla başa düşməlisiniz.
JLPT N1*Qəzet materialları kimi müxtəlif mövzularda yazılmış məntiqi mürəkkəbliyi olan yazıları oxuyaraq həm quruluşunu, həm də məzmununu dərk etməlisiniz.
*Müxtəlif peşə sahələrinə aid olan terminləri bilərək, akademik səviyyədə heroqlif bilgisi ilə istənilən mövzuya aid yazılmış materialları oxumaq qabiliyyətinə sahib olmalısınız. Həmçinin müəllifin yazdığı məqalədə nə demək istədiyini aydın şəkildə ifadə etmək bacarığına malik olmalısınız.
*Bu səviyyədə siz, artıq istər akademik, istərsə də rəsmi, yəni yuxarı səviyyədə biznes danışıqları dinləyib asanlıqla başa düşməlisiniz.

Səviyyələr üzrə ayrılan zaman


QEYD! Hər səviyyə üzrə imtahan bir neçə hissəyə bölünür və hər birinə ayırılan zaman da fərqlidir.


N5 səviyyəsi : Başlanğıc səviyyə


1) N5 səviyyə imtahanı 3 hissədən ibarətdir : 1️⃣ Söz bazası, 2️⃣Qrammatika və Oxuma, 3️⃣Dinləmə.

🕐Dil bilgisi (Söz bazası) 25 dəqiqə davam edir.
🕐Dil bilgisi (qrammatika)/ Oxuma isə 50 dəqiqə davam edir.
🕐Dinləmə üçün ayrılan zaman isə 30 dəqiqədir.


N4 səviyyəsi : Aşağı səviyyə


2) N4 səviyyə imtahanı 3 hissədən ibarətdir : 1️⃣ Söz bazası, 2️⃣Qrammatika və Oxuma, 3️⃣Dinləmə.

🕐Dil bilgisi (Söz bazası) 30 dəqiqə davam edir.
🕐Dil bilgisi (qrammatika)/ Oxuma isə 60 dəqiqə davam edir.
🕐Dinləmə üçün ayrılan zaman isə 35 dəqiqədir.


N3 səviyyəsi : Orta səviyyə


3) N3 səviyyə imtahanı 3 hissədən ibarətdir : 1️⃣ Söz bazası, 2️⃣Qrammatika və Oxuma, 3️⃣Dinləmə.

🕐Dil bilgisi (Söz bazası) 30 dəqiqə davam edir.
🕐Dil bilgisi (qrammatika)/ Oxuma isə 70 dəqiqə davam edir.
🕐Dinləmə üçün ayrılan zaman isə 40 dəqiqədir.


N2 səviyyəsi : Yuxarı səviyyə


4) N2 səviyyə imtahanı 2 hissədən ibarətdir : 1️⃣ Söz bazası, Qrammatika və Oxuma, 2️⃣Dinləmə.

🕐Dil bilgisi (Söz bazası, qrammatika, Oxuma ) 105 dəqiqə davam edir.
🕐Dinləmə üçün ayrılan zaman isə 50 dəqiqədir.


N1 səviyyəsi : Qabaqcıl səviyyə


5) N1 səviyyə imtahanı 2 hissədən ibarətdir : 1️⃣ Söz bazası, Qrammatika və Oxuma, 2️⃣Dinləmə.

🕐Dil bilgisi (Söz bazası, qrammatika, Oxuma ) 110 dəqiqə davam edir.
🕐Dinləmə üçün ayrılan zaman isə 60 dəqiqədir.


Hər səviyyə üzrə bal sistemi


N5 səviyyəsi : Başlanğıc səviyyə


1) N5 səviyyə imtahanı üzrə :

🔵 Söz bazası, Qrammatika və Oxuma : 0~120 (keçid balı : ✔️38-dan yuxarı)
🔴 Dinləmə : 0~60 (keçid balı :✔️ 19-dan yuxarı)
🔔Ümumi bal sistemi 0~180 ( (keçid balı : ✔️80-dan yuxarı)


N4 səviyyəsi : Aşağı səviyyə


1) N4 səviyyə imtahanı üzrə :

🔵 Söz bazası, Qrammatika və Oxuma : 0~120 (keçid balı : ✔️38-dan yuxarı)
🔴 Dinləmə : 0~60 (keçid balı :✔️ 19-dan yuxarı)
🔔Ümumi bal sistemi 0~180 ( (keçid balı : ✔️90-dan yuxarı)

N3 səviyyəsi : Orta səviyyə


1) N3 səviyyə imtahanı üzrə :

🔵 Söz bazası, Qrammatika: 0~60( keçid balı :✔️19-dan yuxarı)
⚫️ Oxuma : 0~60 (keçid balı :✔️19-dan yuxarı)
🔴 Dinləmə : 0~60 (keçid balı :✔️ 19-dan yuxarı)
🔔Ümumi bal sistemi 0~180 ( (keçid balı : ✔️95-dən yuxarı)

N2 səviyyəsi : Yuxarı səviyyə


1) N2 səviyyə imtahanı üzrə :

🔵 Söz bazası, Qrammatika: 0~60( keçid balı :✔️19-dan yuxarı)
⚫️ Oxuma : 0~60 (keçid balı :✔️19-dan yuxarı)
🔴 Dinləmə : 0~60 (keçid balı :✔️ 19-dan yuxarı5️⃣
🔔Ümumi bal sistemi 0~180 ( (keçid balı : ✔️90-dan yuxarı)


N1 səviyyəsi : Qabaqcıl səviyyə


1) N1 səviyyə imtahanı üzrə :

🔵 Söz bazası, Qrammatika: 0~60( keçid balı :✔️19-dan yuxarı)
⚫️ Oxuma : 0~60 (keçid balı :✔️19-dan yuxarı)
🔴 Dinləmə : 0~60 (keçid balı :✔️ 19-dan yuxarı)
🔔Ümumi bal sistemi 0~180 ( (keçid balı : ✔️100-dən yuxarı)


İmtahan səviyyənizi öyrənmək üçün nümunələr


JLPT N5️⃣ : Başlanğıc səviyyə nümunə
JLPT N4️⃣ : Aşağı səviyyə nümunə
JLPT N3️⃣ : Orta səviyyə nümunə
JLPT N2️⃣ : Yuxarı səviyyə nümunə
JLPT N1️⃣ : Qabaqcıl səviyyə nümunə


🔎JLPT haqqında daha ətraflı məlumat üçün : https://www.jlpt.jp/e/about/index.html

Müəllif : Gülşən Cabbarlı

jacrazy.me

Müəllif hüquqları qorunur.
Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır.
Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub.

Məqaləni qiymətləndirin:

Rating: 1 out of 5.