JaCrazy-də yapon dilini necə öyrənə bilərəm ?

İlk öncə, bu dili öyrənməyi seçmisinizsə onun çətin olması barəsində hərşeyi unudun.Yapon dilini bilməniz sizi hərkəsdən fərqləndirdiyi kimi sizə daha əyləncəli həyat bəxş edəcək.Bu dili öyrəndikcə həm əylənəcəksiniz, həm də yeni məlumatlar öyrənəcəksiniz.Bəli, bu dili öyrənmək sizdən səbr və sevgi tələb edir.Əgər Yaponiyanı və ya dilini sevmirsinizsə, yavaşca X düyməsini basıb çıxmaq hüququna sahibsiniz.Çünki, yapon dilini sevirsinizsə ona sərf etdiyiniz vaxta heyiflənməyəcək, əksinə daha çox zamanınızı bu dilə sərf etmək istəyəcəksiniz.Məncə, sınamağa və başlamağa dəyər.

Yapon dilini öyrənmək mənə nə bəxş edəcək ?

Siz, hərkəsdən fərqləndiyiniz kimi həm də yapon animelərini, filmlərini, kitablarını öz dilində oxuyan bəxtəvər insanlardan biri olacaqsınız.Yaponiya getmək və ya təhsil almaq şansı əldə etməklə yanaşı, yapon dünyasına daha yaxından bələd ola biləcəksiniz.Həyata daha fərqli baxacaqsınız, ən azı onlar kimi güclü və bilikli olmağı öyrənəcəksiniz.Həmçinin ən önəmlisi yaxşı işə sahib olmaq şansı qazanacaqsınız.

JaCrazy-də yapon dilini necə öyrənə bilərəm ?

Bölmələr hissəsində yapon dili “Başlanğıc”,”Aşağı”, “Orta”, “Yuxarı” səviyyə olmaqla hissələrə bölünüb.Onlara daxil olaraq ilk dərsdən etibarən izləyə bilərsiniz.Dərslər yazılı və video şəklində paylaşılır.Həmçinin, yapon dilinizi inkişaf etdirə biləcəyiniz tövsiyyələr, saytlar, online vasitələr haqqında məlumat əldə edə biləcəksiniz.Hər ay istifadə edə biləciyiniz dərsliklər paylaşılır.Öz biliyinizi yoxlamaq istəyirsinizsə “Özünü yoxla” bölməsində olan testləri və çalışmaları edə bilərsiniz.Həmin bu testlərin cavablarına və izahlarına da video şəklində baxa bilərsiniz.JaCrazy ilə yapon dili öyrənmək tamamilə ödənişsizdir.Əsas hədəf sizin, sərbəst şəkildə yapon dilini başa düşməyiniz və danışmağınızdır.Əlavə dərslər, danışıq dərsləri , xüsusi dərslər isə öncədən istəyənlər üçün təşkil edilib keçirilir.(yapon müəllimlərin iştirakı ilə) Hər hansı suallarınız, təklifləriniz, tənqidləriniz varsa jacrazyblog@gmail.com email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.Əgər sizdə, sizin dərsinizin Jacrazy-də paylaşılmasını istəyirsinizsə emailə göndərə bilərsiniz.Hər ayın sonu yarışlar təşkil edilir ki, burada aktiv olan tələbələrimiz  xüsusi hədiyyələrə, kitablara sahib olmaqla yanaşı ödənişsiz canlı dərslərdə iştirak etmək hüququ qazanır.

JaCRAZY ilə Yapon dünyasına qoşul və Yapon dilini öyrənməkdən və öyrətməkdən zövq al!!!

Qeyd.Bu blogda paylaşılan dərslərin müəllif hüququ qorunur.Müəllifin ismi və ya saytı qeyd etməklə digər sosial şəbəkələrdə paylaşıla bilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s