Kateqoriya: aşağı səviyyə
-
Yapon dilində danışaq! [日本語で話そう]
Hərkəsin bildiyi kimi xarici dil öyrənərkən danışıq qabiliyyətlərin də daim inkişafı çox vacib amillərdən biridir. Danışıq bacarıqlarının yüksək və sürətli inkişafını isə yetəri qədər dil daşıyıcıları ilə ünsiyyətdə olmaqdır. Əgər yaponlar və yapon dilində danışa bilən şəxslər ilə danışmaq imkanı yoxdursa aşağıda verilən suallara yapon dilində cavab verərək danışıq qabiliyyətinizi yüksəldə bilərsiniz.
-
うるさい və にぎやか sözlərini nə zaman işlətməliyik ?
Hər iki sözün mənası “səs-küylü” olsa da, lakin cümlədə yerlərini səhv işlətdiyimiz zaman fərqli mənalara gətirib çıxara bilər. Ona görə də diqqətli olmalı olduğunuz məqamlar hansılardır ?
-
よく sözünün mənaları
SUAL:「よく」の使い方がよくわからないので教えてください。“Yoku” sözünün istifadə qaydasını yaxşı başa düşmədiyimə görə zəhmət olmasa izah edin.
-
あかるい sözü təkcə işıqlı deməkdir ?
明るい「あかるい」sözünün bir mənası işıqlı olsa da, həmçinin də bir neçə mənada işlənə bilər. Akarui sözünün izahı ilə yanaşı, bu postumuzda akarui sözünün antonimi olan kurai sözü haqqında da məlumatlara nəzər yetirək.
-
はやい kimi oxunan [早い] və [速い] arasındakı fərq nədir ?
Hər kəs danışıq zamanı “hayai” sözünü işlətsə də, lakin testlərdə və cümlə daxilində işlənmə yerini səhv edir. Sadəcə heroqlif fərqi ilə bir-birindən fərqlənən sözün mənalarına diqqət yetirək.
-
ちかい və とおい sözlərinin düzgün işlənmə yerləri
Yapon dilində “yaxın” və “uzaq” sözlərinin fərqli mənalara sahib olduğunu bilirdinizmi? Bu dəfəki dərsimizdə “yaxın” və “uzaq” mənasında işlənən sözlərin üç situasiyada istifadə qaydasına nəzər yetirək.
-
Hələ hər şey qabaqdadır!
Motivasiya vermək lazımdır, lakin yapon dilində hansı ifadə daha təbii səslənər ? Elə isə “ardını oxu” düyməsinə keçid edin:
-
せんせい yoxsa きょうし ? Hansı söz “müəllim” deməkdir? [先生と教師の違い]
Yapon dili öyrənənlər ilk dərslərin sözləri arasında “müəllim/müəllimə” sözünü bildirən iki söz ilə qarşılaşır. Bunlardan biri 先生 [せんせい], digəri isə 教師 [きょうし] sözüdür.Gəlin, “müəllim/ müəllimə” sözünü bildirən bu iki sözün düzgün işlənmə qaydasına baxaq.
-
“Tələbə” sözü təkcə がくせい deyil, həm də.. [学生と生徒の違い]
Daha öncəki dərsimizdə yapon dilində “müəllim” sözünün düzgün işlənmə qaydası ilə tanış olmuşduq. Gəlin, indi isə “şagird/tələbə” sözünün düzgün işlənmə qaydasına baxaq.
-
Yaponlarさようなら demir ?
Dərsliklərdə “sağ ol”, “hələlik” sözünün tərcüməsi olaraq さようなら sözü yazılır. Bəs yaponların özü gündəlik olaraq さようなら sözünü istifadə edir?
-
おかしいなあ sözünün bilmədiyiniz mənaları.
Hiss-həyəcan bildirən sözlərin içərisində ən çox işlənən sözlərdən ilki, heç şübhəsiz おかしい sözüdür. Amma bu söz, ifadə olaraq da fərqli mənalarda istifadə oluna bilər. Gəlin, düzgün işlənmə formasına birlikdə baxaq.