Daha öncəki dərsimizdə yapon dilində “müəllim” sözünün düzgün işlənmə qaydası ilə tanış olmuşduq. Gəlin, indi isə “şagird/tələbə” sözünün düzgün işlənmə qaydasına baxaq.
Başlamazdan öncə hər iki sözün heroqlifini yadda saxlayaq:
- 学生 [がくせい] | oxunuşu: [qakusei]
- 生徒 [せいと] | oxunuşu: [seito]
İndi isə sözlər arasında olan fərqlərə nəzər yetirək:
1. 「学生」は一般的に大学生や専門学校に通う人に使います。
1. 「学生」”qakusei” sözü ümumilikdə universitet tələbəsi və ya peşə məktəbində oxuyanlar üçün istifadə olunur.

2. 「生徒」は一般的に中学生や高校生に使われます。彼らが自己紹介する時は、学校の名前を使って「◯◯高校の生徒です。」と言ったり、単に「高校生です。」と言うのが一般的です。
2. 「生徒」“seito” sözü isə ümumiyyətlə orta və yuxarı məktəb şagirdləri üçün istifadə olunur. Onlar özlərini təqdim etdikdə məktəbin adından sonra “…. yuxarı məktəbin şagirdiyəm.” deyir və ya eləcə 高校生 “kokousei” (yuxarı sinif şagirdi) demək daha doğrudur.

3. “学生”も高校生や中学生に対して使うことができますが、あまり一般的ではありません。
3. 「学生」“qakusei“ sözü orta və yuxarı məktəb şagirdləri üçün də istifadə oluna bilər amma çox da işlək deyil.

- 「学生」は一般的に大学や専門学校に通っている人のことを指す。
- 「生徒」は一般的に中学生や高校生のことを指す。
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın