Motivasiya vermək lazımdır, lakin yapon dilində hansı ifadə daha təbii səslənər ? Elə isə “ardını oxu” düyməsinə keçid edin:
1. まだまだこれからです。
Tərcüməsi: hələ bundan sonradır, hələ təzə başlayırıq.
Istifadəsi: hələ əsas olanın qabaqda olduğunu və ya hadisələrin indikindən daha da pis və ya yaxşı olacağını bildirdikdə istifadə olunur.
Qeyd! Həm müsbət, həm də mənfi mənada istifadə oluna bilər.
Məsələn:
(Yaponiyada qış)
- ううう…。日本って寒いですね。
- 冬はまだまだこれからですよ。
Tərcüməsi:
- Br ..Yaponiya soyuqdure.
- Qış hələ bundan sonradır.
Heroqliflər: 日本 [にほん] Yaponiya, 寒い [さむい] soyuq, 冬[ふゆ] qış.
(Yemək yeyərkən)
- 結構お腹がいっぱいになってきた。
- えー、まだまだこれからですよ。
Tərcüməsi:
- Yaman qarnım doydu.
- Nəəə? Hələ təzə başlayırıq.
Heroqliflər: 結構[けっこう] xeyli , お腹[おなか] qarın.
(Həvəsləndirmək)
- 一生懸命やってるつもりだけど、なかなか上達しないなあ。
- 始めたばかりじゃないですか。まだまだこれ からですよ。
Tərcüməsi:
- Bir daha etmək niyyətindəyəm amma heç bir irəliləyiş göstərə bilmirəm.
- Hələ təzə başlamamısan?! Hər şey qabaqdadır.
Heroqlif: 一生懸命[ いっしょうけんめい] bir daha , 上達 [じょうたつ] irəliləmək, 始める [はじめる] başlamaq .
(Yeni işçi haqqında)
- 彼、なかなか仕事を覚えないんで、困ってるんですよ。
- 入って1か月でしょ。まだまだこれからだよ。
Tərcüməsi:
- O, heç cürə işi yadda saxlaya bilmir deyə problem yaşayır.
- (İşə) Daxil olduğu bir aydır da. Hələ hər şey qabaqdadır.
Heroqlif: 彼[かれ] o (kişi c.), 仕事[しごと] iş, 覚える[おぼえる] yadda saxlamaq, 困る[こまる] problem yaşamaq, 入る[はいる] daxil olmaq, 月[げつ] ay (period).
Müəllif: Gülşən Cabbarlı

Bir cavab yazın