Yapon dilinin gözəlliyinə, zəngin söz ehtiyatına şahid olmaq istəyirsiniz? Yeni sözlər ilə tanış olduqdan sonra yapon dilində danışarkən həmişə istifadə etmək istəyəcəyiniz sözlər siyahısına daxil olacaqlar.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
1. 食っちゃ寝 (くっちゃね)
(danışıqda istifadə olunur)
Mənası:
yeyib-yatmaq (heç nə etməmək), boş-boşuna yaşamaq.
- 食(く)う yemək
- 寝(ね)る yatmaq
ここんとこ食っちゃ寝生活だ。
Son zamanlar yeyib-yatmaqdan başqa heç nə eləmirəm.
食っちゃ = 食っては
2. 存在感 (そんざいかん)
Mənası:
Varlıq (varlığını duymaq, hiss etmək)
- 存在(そんざい) mövcudluq, var olmaq
- 感(かん) hiss, duyğu
俳優は存在感を強めていった。
Aktyor onun varlığından güc aldı.
3. ありがた迷惑 (ありがためいわく)
(İsim/na-sifəti)
Mənası:
Lüzumsuz yaxşılıq (kiminsə həddən çox yaxşılıq etməsi və ya yaxşı davranması qıcıq yaradır)
- ありがたい (有難い) minnətdar olmaq
- 迷惑(めいわく) qıcıqlandırıcı, narahat edici
それはありがた迷惑なことだ。
Bu, lüzumsuz yaxşılıqdır.
4. 頭を冷やす (あたまをひやす)
Mənası:
Sakitləşmək, özünü toparlamaq, özünü ələ almaq.
- 頭(あたま) baş
- 冷(ひ)やす soyutmaq
頭を冷やしてから会議を再開しましょう。
Sakitləşəndən sonra iclasa yenidən başlayaq.
5. 気に食わない (きにくわない)
Mənası:
Bəyənməmək, xoşuna gəlməmək, razı qalmamaq
- 気(き) düşüncə, duyğu
- 食(く)う yemək, burada isə “uyğun” mənasında istifadə olunub.
デザインが気に食わない。
Bu dizayn xoşuma gəlmir.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın