Yapon dilində sadə sözləri öyrənməkdən bezmisinizsə bu dəfə öyrənəcəyimiz metafor “lap göydəndüşmə” olacaq.
➡️ 棚ぼた [たなぼた] göydəndüşmə (metafor)
Sözümüz:
ぼた餅[ぼたもち] botamoçi şirniyyatı
⤵️ “Botamoçi” şirniyyatı, dünyadan köçmüş ailə üzvlərin ruhunu şad etmək üçün xüsusi günlərdə hazırlanan, milli mətbəxə aid şirniyyatdır ki, “tanabota” metaforu məhz bu sözdən yaranıb.

棚ぼた(たなぼた) ➡️ 棚からぼた餅(たなからぼたもち) şkafdan düşən botamoçi
- 棚(たな) şkaf
- ぼた餅 (ぼたもち) botamoçi şirniyyatı
⤵️ Mənası:
🔹 Bu metafor gözlənilməz şansı, bəxti ifadə edir. Həyatda baş verən xoş təsadüfi hadisələrə, uğura şamil edilərək istifadə olunan tək sözlü ifadədir.

Məsələn:
1.
- A: 友(とも)だちからもらったくじでハワイ旅行(りょこう)が当(あ)たっちゃった。
- B: すごい!まさに棚ぼただね、それは。
Tərcüməsi:
- A: Dostumun verdiyi lotereya ilə Havai adasına səyahət qazandım.
- B: Əladır ki! Bu lap göydəndüşmə olub ki.

2.
Məsələn:
- A: 今月(こんげつ)の営業成績(えいぎょうせいせき)、随分(ずいぶん)いいねえ。
- B: はい。ライバル店(てん)が閉店(へいてん)したので、棚ぼたで急(きゅう)に客(きゃく)が増(ふ)えたんです。
Tərcüməsi:
- A: Bu ayki satış nəticəsi xeyli yaxşıdır.
- B: Bəli. Rəqib mağaza bağlandığına görə birdən müştərilərin çoxalması göydəndüşmə oldu.

Müəllif: Gülşən Cabbarlı

Bir cavab yazın