Təbii ki yapon dili öyrənənlər ilk öncə 社員/社員 sözünü öyrənməklə başlayır. Zamanla isə qarşılarına サラリーマン və OL sözləri çıxır ki, “Bu sözlərin arasında nə kimi fərq ola bilər?” deyib istifadə etməkdən çəkinir. Gəlin, fərqlərinə və mənalarına birlikdə baxaq:
Yeni sözümüz:
✅サラリーマン
Mənası:
➡️Maaşlı işçi, ofis işçisi
🔎İngilis dilində olan “salary” (サラリー) və “man” (マン) sözlərinin birləşməsindən yaranıb.
🖊Qısa formada bu cür istifadə edə bilərsiniz: リーマン
⤵️Qadın ofis işçilərinə isə belə deyilir:
✅OL (オーエル)
🔎Təxmin etdiyiniz kimi bu söz də ingilis dilində olan “office lady” sözündən götürülüb.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın