SUAL:「よく」の使い方がよくわからないので教えてください。“Yoku” sözünün istifadə qaydasını yaxşı başa düşmədiyimə görə zəhmət olmasa izah edin.
Yapon dilində ən çox verilən suallardan biri də 「よく」sözüdür.Yapon dilində ən çox işlənən sözlərdən olan よく sözünün, həmçinin də bir neçə mənası var. Cümlədə müxtəlif mənalara gələn bu sözün hansı mənaları var ? Gəlin, izahlara birlikdə baxaq:

よく
1) Yaxşı/yaxşıca (hər hansı bir işi yaxşı görmək, diqqətlə)
- *よくやった!Yaxşı iş gördün!
- * この洗剤はしみがよく落ちる。Bu sabun ləkələri yaxşı aparır.
- *この絵はよく描けている。Bu şəkil, yaxşı çəkilib.
- * よく考えてからものを言いなさい。 Yaxşıca düşündükdən sonra de.
- 「よく探したの?」Yaxşı axtardın ?
- * 忘れ物がないかよく見てください。Unutduğun əşya yoxdur ki, yaxşıca yoxla.
- よく聞こえません。Yaxşı eşitmirəm.
2) Tez-tez
- この店、よく来るの? Bu mağazaya tez-tez gəlirsən ?
- この頃、彼とよく喧嘩をする Bu aralar, sevgilimlə tez-tez dalaşırıq.
3) Çox
- よく飲むね。 Çox içirsəne.
- 彼女はよくしゃべる。O, çox danışır.
- よく笑い、よく寝ることは健康にいい。 Çox gülmək, çox yatmaq sağlamlıq üçün xeyirdir.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın