Hər ikisini dedikdə qulağa eyni cür səslənir, elə deyilmi ? Amma bu iki qrammatik qaydanı bir-birindən ayıran xırda nüans var. Gəlin, həmin nüansa diqqət yetirək:
ほうがいい Azərbaycan dilinə “daha yaxşı” kimi tərcümə olunur. [AよりBのほうが~] müqayisə bildirən qrammatik qaydanın qısaldılmış formasıdır, məsləhət bildirmir.
ほいがいい dedikdə isimdən, həmçinin sifətdən sonra işlənir. Məsələn:
1. Sifətdən (形容詞) sonra:
- ケーキは甘いほうがいい。
- ケーキはあまいほうがいい。
- Keks şirin olsa daha yaxşıdır.
2. İsimdən (名詞) sonra:
- 旅行は山より海のほうがいい。
- りょこうはやまよりうみのほうがいい。
- Dağdansa dənizə səyahət daha yaxşıdır.
形容詞 [けいようし] sifət, 名詞 [めいし] isim, 動詞 [どうし] feil.
Yadda saxla: İsimdən sonra gəldikdə özündən əvvəl の əlavə edilir.
“Bir dəqiqə! [するほうがいい] 、[ないほうがいい] 、[たほうがいい] bunlar nə deməkdir? Onlar feillə (動詞) işlənib.”
Başqası üçün istifadə etdikdə ~するほうがいい məsləhət mənasında, özümüzə qarşı istifadə etdikdə isə seçimi bildirir. ~たほうがいい ifadə sonluğu isə ~するほうがいい ifadə sonluğundan daha yumuşaq səslənir. Əgər başqasına qarşı daha mülayim formada məsləhət vermək istəyirsinizsə ~たらどうですか。və ya ~てはいかがですか sual formasından istifadə edə bilərsiniz.
Bəs ほうがよかった nə deməkdir?
いい sifətinin keçmiş zaman forması: よかった
ほうがよかった isə təəssüf, peşmançılıq hissini göstərmək üçün istifadə olunur. Azərbaycan dilində “kaş ki” , “daha yaxşı olardı” kimi tərcümə olunur. Məsələn:
- アパートは学校に近いほうがよかった。
- アパートはがっこうにちかいほうがよかった。
- Kaş ki evim məktəbə yaxın olardı.

Bir cavab yazın