Hər kəs danışıq zamanı “hayai” sözünü işlətsə də, lakin testlərdə və cümlə daxilində işlənmə yerini səhv edir. Sadəcə heroqlif fərqi ilə bir-birindən fərqlənən sözün mənalarına diqqət yetirək.
- 早い「はやい」erkən, tez ( vaxtından əvvəl)
- A) 起きるのが早い。「おきるのがはやい」Nə tez yuxudan durmusan.
- B) 30分早く学校に来たら、まだ誰も来ていなかった。「さんじゅっぷん はやく がっこうに きたら、 まだ だれも きて いなかった。」30 dəqiqə məktəbə erkən getsəm də, hələ heç kim gəlməmişdi.
- 速い「はやい」tez, sürətli
- A) 空港便は速い。「くうこうびんははやい」Hava poçtu sürətlidir.
- B) 新幹線はとても速い乗り物です。「しんかんせんは とても はやい のりものです」Şinkansen qatarları çox sürətli transportdur.
Qısacası : 早い「はやい」erkən mənasında , digər 速い「はやい」isə sürət mənasında işlədilir.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın