Yapon dilində “yaxın” və “uzaq” sözlərinin fərqli mənalara sahib olduğunu bilirdinizmi? Bu dəfəki dərsimizdə “yaxın” və “uzaq” mənasında işlənən sözlərin üç situasiyada istifadə qaydasına nəzər yetirək.
⤵️ Sözlərimiz bunlardır:
🔹 近い[ちかい] yaxın
🔹 遠い[とおい] uzaq
⤵️ Bu sözlərin işlənmə yeri :
1. 距離[きょり] məsafə
A) 山田さんの家は、駅から近いです。[やまださんのいえはえきからちかいです] Cənab Yamadanın evi stansiyadan yaxındır.
B) 山田さんの家は、駅から遠いです。[やまださんのいえはえきからとおいです] Cənab Yamadanın evi stansiyaya uzaqdır.
2.時間[じかん], 期間[きかん] zaman, period.
A) 12月は、新年に近いです。[じゅうにがつは、しんねんにちかいです] Dekabr ayı yeni ilə yaxın aydır.
B) 今から3000年後は、かなり遠いです。[いまから3000ねんごは、かなりとおいです。] 3000 il sonrası bu gündən xeyli uzaqdır.
3. 関係[かんけい], 意味[いみ] əlaqə, məna.
A) アゼルバイジャンとトルコの文化[ぶんか]は、近いです。 Azərbaycan və Türkiyə mədəniyyəti yaxındır.
B) あの人は遠い親戚らしいですね。[あのひとはとおいしんせきらしいですね] O, deyəsən uzaq qohumdur.
C) [ゆめのように]と[ゆめみたい]は、意味が近いです。 “Arzu kimi” və “Arzuya bənzər” sözləri mənaca yaxındır.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın