Yapon dili öyrənənlər ilk dərslərin sözləri arasında “müəllim/müəllimə” sözünü bildirən iki söz ilə qarşılaşır. Bunlardan biri 先生 [せんせい], digəri isə 教師 [きょうし] sözüdür.Gəlin, “müəllim/ müəllimə” sözünü bildirən bu iki sözün düzgün işlənmə qaydasına baxaq.
Başlamazdan öncə hər iki sözün heroqlifini yadda saxlayaq:
- 先生 [せんせい] | oxunuşu: [sensei]
- 教師 [きょうし] | oxunuşu: [kyouşi]
İndi isə sözlər arasında olan fərqlərə nəzər yetirək:
1.「教師」は職業の名前として使われます。そのため、自己紹介をするときや職業名を書くときにこの言葉が使われます。
1. 「教師」”kyouşi” sözü peşə adı kimi istifadə olunur. Buna görə də bu söz, özünü təqdim etdikdə və ya işin adını yazanda istifadə olunur.

2.「先生」も職業の名前として使われますが、「〜さん」のように名前を呼ぶ時によく使われます。自己紹介をする時には「先生」とは言いません。
2. 「先生」“sensei” sözü də peşə kimi istifadə olunsa da, 「〜さん」(nəzakət bildirmək istifadə olunan “cənab/xanım” sonluğu) kimi müraciət zamanı tez-tez istifadə olunur. Özünü təqdim etdikdə özünə qarşı “sensei/ müəllim” deyilmir.

3.「教師」は学校や大学の先生を意味しますが、「先生」は学校の先生のみならず、医者や政治家、法律家などを呼ぶ時にも使われます。
3. 「教師」“kyouşi” sözü məktəb və ya universitet müəllimi mənasında işlənir amma 「先生」“sensei” sözü təkcə məktəb müəllimi üçün deyil, həmçinin həkim, siyasətçi, hüquqşünas və digər şəxslərə müraciət forması kimi də istifadə olunur.

- 「教師」は職業の名前としてよく使われる。
- 「先生」は職業の名前としてだけでなく、「〜先生」というように名前を呼ぶ時にも使われる。
- 「教師」は学校の先生のみを意味するが、「先生」は医者や弁護士、政治家などにも使われる。
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın