İtadakimasu, qoçisousama sözlərinin mənalarını bilsək də, lakin bu sözlərin başqa cür işlənmə qaydalarının olduğunu bilirdinizmi ? İşlənmə qaydalarını, yaranma tarixini və fərqlərini öyrənmək üçün posta keçid edin:

“いただきます”-ın işlənmə qaydası
Təbii ki, hamınız “いただきます” və “ごちそうさま” sözlərini yeməkdən öncə və sonra tez-tez eşitmisiniz.
- “いただきます”-yeməkdən öncə deyilir.
- “ごちそうさま”-yeməkdən sonra deyilir.
Gəlin, ilk öncə “いただきます” ilə başlayaq. “いただきます” -ın ilkin mənası “qəbul etmək”-dir. Buna görə də “いただきます” sözünün ümumilikdə tərcüməsi :
almaq, qəbul etmək, götürmək.
- Məsələn :
プレゼントを頂きます。
Hədiyyə almaq.
Bizə aydın olur ki, itadakimasu nəyisə almaqdır. Biz , “yeməyi” alırıq və ya qəbul edirik.
“いただきます” sözü, yapon dilinə Buddizm dinindən keçmişdir.Buddizm dini bütün canlı varlıqlara hörmət etməyi öyrətdiyinə görə biz, bitkilərə, heyvanlara, fermerlərə, ovçulara, aşpaza, hərşeyə bu yeməyi hazırladığı üçün təşəkkürümüzü bildiririk.
いただきます > もらいます
もらいます sözü də, “almaq” deməkdir. (pulsuz almaq) Lakin, いただきます sözü もらいます sözündən daha nəzakətlidir.Məsələn:
A: この本、いりますか?
Bu kitab lazımdır ?
B: そうですね、いただきます。ありがとうございます。
Aa, götürəcəm.Çox sağ olun.

ごちそうさま-ın işlənmə qaydası
İndi isə növbə “ごちそうさま” sözündədir.
Yeməkdən sonra “ごちそうさま”, və ya daha nəzakətli formada “ごちそうさまでした” deyirik.
Söz , “ごちそう” yaxşı qida mənasına gəlir. Yəni, bu yeməyi hazırlayanlara yeməyin dadlı olmağı ilə bağlı minnətdarlığını bildirmək üçün işlədilir.Azərbaycan dilində, “ağzınız şirin olsun!” , “əliniz-qolunuz var olsun!” birləşmələri ilə eyni mənaya gəlir.
- Heroqlif ilə yazılışı: ご馳走様 (ごちそうさま)
“馳走” heroqlifinin mənası “gəzmək”, “çalışmaq” deməkdir.Qədim zamanlarda, yemək hazırlamaq üçün at ilə diyar-diyar gəzib yemək toplayırdılar.At olmasa belə, insanlar qonaqlar üçün yemək hazırlamağa görə bütün şəhəri gəzirdilər. “馳走” bu heroqlif, bundan sonra kimisə yeməyə dəvət etmək mənasında işlənməyə başladı.
Məsələn:
今日はご馳走だよ!
Bugün yaxşı qonaqlıq oldu!
すごいご馳走ですね!
Bu yemək, çox dadlı görsənir!
Kimsə sizə, yemək qonaqlığı verirsə “ごちそうさまでした” deyə bilərsiniz.
Məsələn :
昨日はご馳走さまでした!
Dünənki qonaqlığa görə minnətdaram!
Kiməsə qonaqlıq vermək istəyirsinizsə, “ごちそうする” deyə bilərsiniz.Kimsə sizə verirsə, “ごちそうになる” deyirsiniz.
Məsələn :
・今夜は私がご馳走します!
Bugün mən, qonaqlıq edirəm!
・この間、佐藤さんにご馳走になりました。
Sato, bu ara mənə qonaqlıq vermişdi.
単語リスト(Sözlərin siyahısı)
いただく | Qəbul etmək |
いただきます | Yeməyə görə təşəkkürlər (nəzakətli formada, yeməkdən öncə işlədirik) |
ごちそうさま | Yeməyə görə təşəkkürlər ( yeməkdən sonra işlədilir) |
ごちそうさまでした | Yeməyə görə minnətdaram (nəzakətli formada) |
ごちそうする | Kiməsə qonaqlıq vermək |
ごちそうになる | Kimsə qonaqlıq verirsə |
この間 | Bu aralar |
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir cavab yazın