Yapon dilinə yeni başlayanlar hansı kitabları oxumalıdır?


Yapon dili dünyasına xoş gəlmisiniz! Yapon dili öyrənməyə qərar vermisiniz amma hardan başlamalı olduğunuzu bilmirsiniz? Elə isə yapon dilini daha sürətli və effektiv öyrənməyə köməkçi olacaq kitab siyahısı ilə tanış olun:

1. Əlifba kitabı:

  • Kitabın adı: Timothy G. Stout – Japanese Hiragana & Katakana for Beginners.
  • Dili: İngilis dili
  • Nəşr tarixi : 2011
  • Səviyyə: Başlanğıc səviyyə

Kitab haqqında: Yapon dilinə yeni başlayanlar, müəllim yanına getmədən özü hazırlaşmaq istəyənlər üçün tərtib olunmuş ən yaxşı kitablardan biridir. Lakin məktəblərdə, universitetlərdə, həmçinin kurslarda (məşğələlər) dərs vəsaiti kimi tədris oluna bilər. Kitabda yapon dili və əlifba sistemi haqqında ümumi və detallı məlumatın mövcud olması oxucunu əlifba sistemini daha sürətli öyrənməyə həvəsləndirir. Kitab, yalnız hiraqana və katakana əlifbasını (yapon dilinin iki yazı sistemi : buradan oxu ) öyrənənlər üçün nəzərdə tutulduğundan burada kanci, yəni heroqlif tapşırıqları yoxdur. Kitabın ən yaxşı tərəfi təkcə çox sayıda tapşırıqlara sahib olması deyil, həmçinin tez-tez yazıda səhv salınan hiraqana və katakanalara aid vizual izahatının olmasıdır. Hər bölmədə hərfləri daha tez yadda saxlamaq üçün çox sayıda nümunə sözlər verilir. Bu sözləri öyrənərək əsas söz bazanızı formalaşdıra, kitabın son bölməsində olan əlifbanı çap edərək yaddaş kart oyunu kimi istifadə edə bilərsiniz.

Kitaba ön baxış:


2. Oxuma kitabı:

  • Kitabın adı: Tadoku kitabları
  • Dil: Yapon dili
  • Səviyyə: Başlanğıc
  • Nəşr tarixi: Hər il yenilənir
  • Həm onlayn şəkildə pulsuz oxumaq, həm də sifarişlə kitabları əldə etmək mümkündür.

Kitab haqqında: Hiraqana, katakana əlifbasını əzbərləyib, müəyyən sayda söz bazasına sahib olduqdan sonra oxuma kitablarına başlaya bilərsiniz. Bununla nəinki əlifbanı daha tez yadda saxlayacaq, həmçinin də söz bazanızı genişləndirə bilərsiniz. tadoku.org saytına daxil olduqdan sonra orada 0- səviyyəsində olan kitabları ödənişsiz olaraq yükləyin. Kitabların sayı bu qədər limitli deyil. Əgər daha çox kitab oxuyaraq özünüzü inkişaf etdirmək istəsəniz elə eyni saytdan başqa kitabları sifariş etmək şansına sahibsiz. Kitabların hər birinin audiosu olduğuna görə dinləyərək tələffüzü məşq etmək mümkündür. “Bəs qrammatik qaydaları necə başa düşüm?” deyirsinizsə kitablar başlanğıc səviyyəyə aid olduğuna görə maksimum dərəcədə az istifadə olunub. Yapon dilində kitab oxuyaraq yapon dilini daha sürətli öyrənmək istəyənlər, aşağıdakı linkə daxil olaraq kitabları yükləyə bilərsiniz.

Sayta ön baxış:


Bu kitabları bitirdikdən sonra rahatlıqla aşağı səviyyə kitablarına və ya dərslərinə başlaya bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm!


Müəllif: Gülşən Cabbarlı

Yeni maraqlı məlumatlar üçün jacrazy.me saytını daim yeniləyin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: