Sözləri necə yadda saxlayırsınız?


Yəqin ki, tez-tez ” Sözləri necə yadda saxlayırsan? ” sualı ilə qarşılaşıb və dili yaxşı bilənlərdən bu suala cavab tapmağa çalışmısınız. Gəlin, söz öyrənmək prosesində sizə köməkçi olacaq 15 cavab ilə tanış olaq. Həmçinin bu cümlələri yadda saxlayaraq yapon dilində sərbəst şəkildə fikrinizi ifadə edə bilərsiniz.

1.

  • 日本語で考えようとすると、頭の中も自然に日本語になる。
  • にほんごでかんがえようとすると、あたまのなかもしぜんににほんごになる。
  • Yapon dilində düşünməyə çalışdıqca təbii şəkildə fikirlərim yapon dilində olur.

2.

  • 何回も読んだり書いたり話したりを繰り返しする。
  • なんかいもよんだりかいたりはなしたりをくりかえしする。
  • Oxumağı, yazmağı, danışmağı neçə dəfə təkrar edirəm.

3.

  • 日常生活の中で、いつも使うようにする。
  • にちじょうせいかつのなかで、いつもつかうようにする。
  • Gündəlik olaraq həmişə istifadə etməyə çalışıram.

4.

  • 言葉の成り立ちを勉強して、どのような関係になっているのかを勉強する。
  • ことばのなりたちをべんきょうして、どのようなかんけいになっているのかをべんきょうする。
  • Sözlərin kökünü öyrəndikdən sonra bir-birilə necə əlaqəli olduğunu öyrənirəm.

5.

  • 絵、写真、面白いシーンを言葉と関係づける。
  • え、しゃしん、おもしろいシーンをことばとかんけいづける。
  • Mən sözləri rəsmlərlə, şəkillərlə, gülməli səhnələrlə əlaqələndirirəm.

Yeni sözlər:

  • 自然に [しぜんに ] təbii şəkildə, avtomatik
  • 繰り返す[くりかえす] təkrar etmək
  • 日常生活 [にちじょうせいかつ] gündəlik həyat
  • 成り立ち [なりたち] kök, mənşə, struktur
  • 関係 [かんけい] əlaqə
  • 関係付ける [ かんけいづける] əlaqələndirmək

6.

  • 子供向けのテレビやユーチューブをよく見る。
  • こどもむけのテレビやユーチューブをよくみる。
  • Tez-tez uşaqlar üçün nəzərdə tutulmuş TV və ya YouTube videolarına baxıram.

7.

  • なるべくネイティブと話をする。
  • なるべくネイティブとはなしをする。
  • Ana dili olanlarla (yapon dili) bacardığım qədər danışıram.

8.

  • 実際に自分に聞こえるように言葉を声に出す。
  • じっさいにじぶんにきこえるようにことばをこえにだす。
  • Sözləri özümün eşidə biləcəyi qədər səsli deyirəm.

9.

  • 自分の母語と似た音の言葉と関連づける。
  • じぶんのぼごとにたおとのことばとかんれんづける。
  • Yeni sözləri ana dilimdə olan oxşar səsli sözlərlə əlaqələndirirəm.

10.

  • 物語、ゲーム、映画等と新しい言葉を連想させる。
  • ものがたり、ゲーム、えいがとうとあたらしいことばをれんそうさせる。
  • Yeni sözləri hekayələr, oyunlar və ya filmlərlə əlaqələndirirəm.

Yeni sözlər:

  • 子供向け [こどもむけ] uşaqlar üçün
  • なるべくmümkün qədər
  • 声に出す [こえにだす] səsli demək
  • 母語 [ぼご] ana dili

11.

  • 音楽を聞いて歌詞を暗記する。
  • おんがくをきいてかしをあんきする。
  • Mahnılara qulaq asıram, sözləri əzbərləyirəm.

12.

  • 新しい言葉と、知っている言葉をカテゴリー別に分ける。
  • あたらしいことばと、しっていることばをカテゴリーべつにわける。
  • Yeni sözləri artıq bildiyim digər sözlərlə fərqli kateqoriyalara ayırıram.

13.

  • 家族や犬に向かって、理解されなくても毎日話し続ける。
  • かぞくやいぬにむかって、りかいされなくてもまいにちはなしつづける。
  • Məni başa düşməsələr də, hər gün ailəmlə və ya itimlə danışmağa davam edirəm.

14.

  • 特に新聞等を出来るだけ読むと、言葉を覚えるのに役立つ。
  • とくにしんぶんとうをできるだけよむと、ことばをおぼえるのにやくだつ。
  • Xüsusilə bacardığım qədər qəzet və sairə çox oxuduqda sözləri yadda saxlamağa köməkçi olur.

15.

  • 簡単な文章の中に新しい言葉を使ってみると、単体の言葉だけでなく文章全体を勉強できる。
  • かんたんなぶんしょうのなかにあたらしいことばをつかってみると、たんたいのことばだけでなくぶんしょうぜんたいをべんきょうできる。
  • Yeni sözü sadə cümlədə istifadə etməyə çalışıram ki, təkcə ayrı-ayrı sözləri deyil, bütün cümləni öyrənə bilim.

Yeni sözlər:

  • 歌詞 [かし] mahnı sözləri
  • 暗記する [あんきする] əzbərləmək
  • 理解される [りかいされる] başa düşülmək, anlaşılmaq
  • 特に [とくに] xüsusilə
  • 文章全体 [ぶんしょうぜんたい] bütöv cümlə

Bəs sizin cavabınız hansıdır? Şərhdə söz öyrənmək yolunuzu yaza bilərsiniz.


Olduğunuz yerdən asılı olmayaraq jacrazy.me saytı ilə yapon dili öyrənmək daha rahatdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: