Heç bir “əziyyəti yoxdur”


“Oldu”, “yaxşı”, “olar” kimi sözləri yapon dilində istifadə etməkdən yorulmusunuzsa onda yapon dili lüğət dəftərini açın, yeni və çox işlək söz əlavə etməyə hazır olun.

  • Söz: 楽勝
  • Oxunuşu: らくしょう
  • Tərcüməsi: problem deyil, heç bir əziyyəti yoxdur, əziyyətsiz.
  • Mənası: Nəyisə etməkdə heç bir çətinlik yoxdur, problem olmayacaq. Sözün tərkibinə baxdıqda “asanlıqla qazanmaq” mənasına gəlib çıxır. Yaxın münasibətdə olduğumuz insanların xahişini, təklifini yerinə yetirməyə söz verdikdə və ya heç bir problem olmayacağını dedikdə istifadə olunur.

Məsələn 1:

  • これ、悪いけど、明日までにやってくれないかな?
  • 分かりました。金曜日までなら楽勝です。

Tərcüməsi:

  • Bağışla, bunu sabaha kimi edə bilərsən?
  • Oldu. Beşinci günə kimidirsə problem deyil.

Oxunuşları:

悪い[わるい] pis ,明日[あした] sabah, 分かる[わかる] başa düşmək, 金曜日[きんようび] beşinci gün.

Qeyd:

悪いけど cümlə daxilində “üzr istəyirəm” ifadəsi kimi işlənib.


Məsələn 2:

  • バスだとわかりませんが、タクシーを使えば15分で楽勝ですよ。
  • そうですか。じゃ、そうします。

Tərcüməsi:

  • Avtobusla bilmirəm, taksidən istifadə etsən 15 dəqiqəyə problemsiz ordasan.
  • Elə? Onda elə edim.

Oxunuşları:

使う[つかう] istifadə etmək.


Yeni dərslərdən xəbərdar olmaq üçün saytı daim yeniləməyi unutmayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: