Bu əlifbanı bilmək VACİBDİR!


Yapon dili öyrənməyə qərar vermisinizsə artıq bilirsiniz ki, yapon dilində üç əlifba (hiraqana, katakana, heroqlif ) var ki, bunlar dilin özəyini təşkil edir.

Bəs bu əlifbalardan hansı daha vacibdir və ilk hansını öyrənmək lazımdır?

Yapon dilində üç əlifbanı bilmək vacibdir. Çünki yazı sistemində hər üç əlifba istifadə olunur. Lakin yapon dilini öyrənmək istədiyiniz səviyyədən aslı olaraq bilməli olduğunuz heroqlif (kanci) sayı müxtəlif ola bilər. Məsələn, aşağı səviyyədə yapon dilini bilmək sizə kifayət olduğu təqdirdə heroqliflərdən 100-250 arası bilməlisiniz. Əgər yox, yapon dilini yaponlar kimi bilib, səlis danışıb oxumaq istəyirsinizsə gündəlik olaraq ən çox istifadə olunan heroqliflərdən ən azı 2500-3000 arası bilməlisiniz. Onda belə çıxır ki, ilk öyrənməli olduğumuz əlifba, heroqlifdir?

Xeyr, ilk öyrənməli olduğumuz əlifba, “hiraqana” əlifbasıdır. Yapon mənşəli sözlərin, qrammatik hissəciklərin yazılmasında istifadə olunan hiraqana əlifbası, dil öyrənmək prosesin başlanğıcı hesab oluna bilər. Çünki bundan sonra öyrənməli olduğunuz, gündəlik olaraq çox işlək olan yapon sözləri, ifadələri hiraqana əlifbasında yazılır. Bu əlifbanı təkmilləşdirib, yapon dilində söz bazasına sahib olduqdan sonra digər əlifbanı öyrənməyə başlaya bilərsiniz.

Növbəti bilməli olduğunuz əlifba, “katakana” əlifbasıdır. Alınma sözlər, xarici sözlərin transkripsiyası, vurğu, onomotepiya sözləri, həmçinin bitkilərin, heyvanların, mineralların, çox vaxtda bəzi şirkətlərin adları katakana əlifbası ilə yazılır. Cümlə daxilində bunlar olarsa katakana əlifbası ilə yazılacaq, buna görə də bu əlifbanı da bilmək vacibdir.

İndi isə sıra heroqlif dərslərindədir.

Hiraqana və katakana əlifbasını mükəmməl bilib, səlis şəkildə yazıları oxuya bildikdən sonra qrammatika/ söz bazasına başlayaraq heroqlifləri yavaş-yavaş öyrənmək mümkündür. Şərt deyil ki, hiraqana və katakana əlifbasından sonra heroqliflərin hamısını öyrənib qrammatika/söz dərslərinə başlayasınız. Heroqlif bazası çoxlu mütaliə etdikdə beyində formalaşır və daimi olaraq yaddaşda qalır. Buna görə də bu prosesi daha əyləncəli edin ki ,təkcə yazı sistemini bilməklə yapon dilindən kifayətlənmiyəsiniz. Bəs heroqlifləri bilmədən oxumaq mümkündürsə niyə heroqlifləri də bilmək lazımdır?

Yuxarıda qeyd etdiyim kimi əgər başlanğıc və ya aşağı səviyyədə yapon dili bilirsinizsə bu səviyyədə yazılmış mətnləri və ya dialoqları heroqliflərin üstündə yazılmış furiqana (hiraqana ilə oxunuşu) ilə oxuya bilərsiniz. Hər səviyyədə yazılmış materiallarda ona uyğun olaraq heroqliflərin oxunuşu verilir ya da verilmir. Yuxarı səviyyə yazılmış dərsliklər, dərs materialları, yapon saytları, qəzetlər, bunların hamısında heroqliflərin oxunuşu verilmir, ancaq az işlək olan heroqliflərin oxunuşu verilir ki, oxuyucu üçün rahat olsun.

Ümumi olaraq deyə bilərik ki, ilk öncə hiraqana əlifbasını, daha sonra katakana və dil bilgisi ilə birlikdə heroqlif öyrənmək lazımdır.

Əlifbaya elə aşağıdakı linkə daxil olaraq başlaya bilərsiniz:


Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: