Baş, üz və qulağa aid üç maraqlı idiom!


Hər bir dildə olduğu kimi yapon dili lüğətini zəngin edən onun tərkibində olan çox sayda olan idiom, ifadə, söz birləşməsidir. Gəlin, baş, üz və qulağa aid üç maraqlı idiom ilə tanış olaq.

1. Ağlını işlətmək

頭を使う

  • 頭を使う
  • あたまをつかう
  • Ağlını işlətmək

Ayrı-ayrılıqda sözlərin tərcüməsi belədir: 頭[あたま] baş , 使う[つかう] istifadə etmək.

İndi isə cümlə daxilində işlənmə qaydasına baxaq:

  • 頭を使えば簡単にできる方法があるはずだ。
  • あたまをつかえばかんたんにできるほうほうがあるはずだ。
  • Ağlını işlətsən asanlıqla edəcəyin yolun olduğuna əminəm.

Cümlədə istifadə olunan qrammatika:

1. ~ば əgər ki, sa, sə ( feilin şərt forması). ~はずəminəm, mütləq (başqası üçün təxminlik deyil, əminlik hissini bildirir)


2. İcazə vermək, olar.

いい顔をする

  • いい顔をする
  • いいかおをする
  • İcazə vermək

Bildiyiniz sözlər olsa da, onların hərfi tərcüməsi belədir: 良い[いい] yaxşı , 顔 [かお] üz ,する etmək.

İndi isə cümlə daxilində işlənmə qaydasına baxaq:

  • 家でタバコを吸うと、妻はいい顔をしない
  • えいでタバコをすうと、つまはいいかおをしない。
  • Evdə siqaret çəkməyə yoldaşım icazə vermir.

Yaponlar gündəlik həyatda bu ifadəni daha çox inkar formada işlədir, yəni “icazə vermir” いい顔をしない。


3. Həvəslə, maraqla dinləmək.

耳を傾ける

  • 耳を傾ける
  • みみをかたむける
  • Həvəslə, maraqla dinləmək

Sözlərin tərcüməsi belədir: 耳 [みみ] qulaq , 傾ける [かたむける] əyilmək, önə doğru əyilmək.

Cümlə daxilində işlənmə qaydasına baxaq:

  • 彼の意見に耳を傾けた。
  • かれのいけんにみみをかたむけた。
  • Onun düşüncələrini maraqla dinlədim.

Daha maraqlı dərslər üçün saytı daim yeniləyin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: