せんせい yoxsa きょうし ? Hansı söz “müəllim” deməkdir? [先生と教師の違い]


Yapon dili öyrənənlər ilk dərslərin sözləri arasında “müəllim/müəllimə” sözünü bildirən iki söz ilə qarşılaşır. Bunlardan biri 先生 [せんせい], digəri isə 教師 [きょうし] sözüdür.Gəlin, “müəllim/ müəllimə” sözünü bildirən bu iki sözün düzgün işlənmə qaydasına baxaq.

Başlamazdan öncə hər iki sözün heroqlifini yadda saxlayaq:

  • 先生 [せんせい] | oxunuşu: [sensei]
  • 教師 [きょうし] | oxunuşu: [kyouşi]

İndi isə sözlər arasında olan fərqlərə nəzər yetirək:

1.「教師」は職業の名前として使われます。そのため、自己紹介をするときや職業名を書くときにこの言葉が使われます。

1. 「教師」”kyouşi” sözü peşə adı kimi istifadə olunur. Buna görə də bu söz, özünü təqdim etdikdə və ya işin adını yazanda istifadə olunur.


2.「先生」も職業の名前として使われますが、「〜さん」のように名前を呼ぶ時によく使われます。自己紹介をする時には「先生」とは言いません。

2. 「先生」“sensei” sözü də peşə kimi istifadə olunsa da, 「〜さん」(nəzakət bildirmək istifadə olunan “cənab/xanım” sonluğu) kimi müraciət zamanı tez-tez istifadə olunur. Özünü təqdim etdikdə özünə qarşı sensei/ müəllim” deyilmir.


3.「教師」は学校や大学の先生を意味しますが、「先生」は学校の先生のみならず、医者や政治家、法律家などを呼ぶ時にも使われます。

3. 「教師」“kyouşi” sözü məktəb və ya universitet müəllimi mənasında işlənir amma 「先生」“sensei” sözü təkcə məktəb müəllimi üçün deyil, həmçinin həkim, siyasətçi, hüquqşünas və digər şəxslərə müraciət forması kimi də istifadə olunur.


  1. 「教師」は職業の名前としてよく使われる。
  2. 「先生」は職業の名前としてだけでなく、「〜先生」というように名前を呼ぶ時にも使われる。
  3. 「教師」は学校の先生のみを意味するが、「先生」は医者や弁護士、政治家などにも使われる。

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: