JLPT 2022 (qış sezonu) üçün qeydiyyat başlayır!


💁Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 4 dekabr 2022-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.

➡️Qeydiyyat tarixi :
12.09.2022-23.09.2022 bazar ertəsi- cümə (şənbə və bazar istirahət günləridir)
➡️Sənəd qəbulu saatları:
11:00-15:00
➡️Qeydiyyat məkanı:
Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə

Müraciət qaydası və lazımı sənədlər:

  1. Doldurulmuş ərizə vərəqəsi;
  2. İki ədəd 3×4 sm fotoşəkil;
  3. İmtahan üçün ödəniş.

Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.

  • N1: 30 AZN
  • N2: 30 AZN
  • N3: 25 AZN
  • N4: 25 AZN
  • N5: 25 AZN

İmtahan proqramı:

  • İmtahan günü: 2022-ci il, 4 dekabr (bazar günü)
  • İmtahan vaxtı: saat 12:00
  • İmtahan yeri: Bakı Dövlət Universiteti
  • Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Zahid Xəlilov küçəsi.

‼️Qeyd 1: 2022-ci il iyul ayında keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayan müraciətçilərin müraciəti sərhədlərin bağlı olması səbəbindən hal-hazırda qəbul olunmur. Sərhədlər açıldıqdan sonra xarici vətəndaşlar üçün də sənəd qəbulunun mümkün olub-olmaması haqqında məlumat bildiriləcək.

‼️Qeyd 2: Yeni koronavirusun yayılması və ya digər fövqaladə hallar səbəbindən imtahanın ləğv olunması halı baş verə bilər. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.

⤵️Daha ətraflı məlumat üçün:
jlptazerbaijan@gmail.com


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: