“Geyinmək” sözü artıq problem deyil!


Azərbaycan dilindən fərqli olaraq yapon dilində “geyinmək” və ya “taxmaq” sözü qarşısında gələn isimdən asılı olaraq dəyişir. Bu sözü ifadə edən bir çox feil var ki, bu sözləri yapon dilində düzgün danışmaq üçün öyrənmək lazımdır. Gəlin, həmin feillər ilə tanış olaq.

Geyinmək/Taxmaq

着る [きる]

  • シャツを着る köynək geyinmək
  • セーターを着る sviter geyinmək
  • ブラウスを着る kofta (bluz) geyinmək
  • 背広 [せびろ] を着る iş kostyumu geyinmək
  • スーツを着る kostyum geyinmək
  • 上着[うわぎ]を着る üst geyim (jaket, tunika, pencək) geyinmək
  • コートを着る palto geyinmək

つける

  • リボンをつける lent taxmaq
  • ブローチをつける broşka taxmaq
  • タイピンをつける sancaq taxmaq

履く[はく]

  • ズボンを履く şalvar geyinmək
  • スカートを履く yubka geyinmək
  • 靴下[くつした]を履くcorab geyinmək
  • ストッキングを履くkalqotka geyinmək
  • 靴[くつ]を履くayaqqabı geyinmək
  • スリッパを履くbaşmaq (sürtmə) geyinmək

かぶる

  • 帽子[ぼうし]をかぶる papaq taxmaq/geyinmək

する

  • スカーフをする şərf taxmaq/ geyinmək
  • 時計[とけい]をする saat taxmaq
  • ネクタイをする qalstuk taxmaq
  • ベルトをする kəmər taxmaq
  • 指輪[ゆびわ]をする üzük taxmaq
  • 手袋[てぶくろ]をする əlcək taxmaq/ geyinmək

Yeni dərslərdən daha tez xəbərdar olmaq üçün saytı hər həftə yeniləyin.