ほうがいい və ほうがよかった arasındakı fərq nədir?


Hər ikisini dedikdə qulağa eyni cür səslənir, elə deyilmi ? Amma bu iki qrammatik qaydanı bir-birindən ayıran xırda nüans var. Gəlin, həmin nüansa diqqət yetirək:

ほうがいい Azərbaycan dilinə “daha yaxşı” kimi tərcümə olunur. [AよりBのほうが~] müqayisə bildirən qrammatik qaydanın qısaldılmış formasıdır, məsləhət bildirmir.

ほいがいい dedikdə isimdən, həmçinin sifətdən sonra işlənir. Məsələn:

1. Sifətdən (形容詞) sonra:

  • ケーキは甘いほうがいい。
  • ケーキはあまいほうがいい。
  • Keks şirin olsa daha yaxşıdır.

2. İsimdən (名詞) sonra:

  • 旅行は山より海のほうがいい。
  • りょこうはやまよりうみのほうがいい。
  • Dağdansa dənizə səyahət daha yaxşıdır.

形容詞 [けいようし] sifət, 名詞 [めいし] isim, 動詞 [どうし] feil.

Yadda saxla: İsimdən sonra gəldikdə özündən əvvəl の əlavə edilir.

“Bir dəqiqə! [するほうがいい] 、[ないほうがいい] 、[たほうがいい] bunlar nə deməkdir? Onlar feillə (動詞) işlənib.”

Başqası üçün istifadə etdikdə ~するほうがいい məsləhət mənasında, özümüzə qarşı istifadə etdikdə isə seçimi bildirir. ~たほうがいい ifadə sonluğu isə ~するほうがいい ifadə sonluğundan daha yumuşaq səslənir. Əgər başqasına qarşı daha mülayim formada məsləhət vermək istəyirsinizsə ~たらどうですか。və ya ~てはいかがですか sual formasından istifadə edə bilərsiniz.

Bəs ほうがよかった nə deməkdir?

いい sifətinin keçmiş zaman forması: よかった

ほうがよかった isə təəssüf, peşmançılıq hissini göstərmək üçün istifadə olunur. Azərbaycan dilində “kaş ki” , “daha yaxşı olardı” kimi tərcümə olunur. Məsələn:

  • アパートは学校に近いほうがよかった。
  • アパートはがっこうにちかいほうがよかった。
  • Kaş ki evim məktəbə yaxın olardı.

Yeni dərslər üçün səhifəni daim yeniləməyi unutmayın.