Hələ hər şey qabaqdadır!


Motivasiya vermək lazımdır, lakin yapon dilində hansı ifadə daha təbii səslənər ? Elə isə “ardını oxu” düyməsinə keçid edin:

1. まだまだこれからです。

Tərcüməsi: hələ bundan sonradır, hələ təzə başlayırıq.

Istifadəsi: hələ əsas olanın qabaqda olduğunu və ya hadisələrin indikindən daha da pis və ya yaxşı olacağını bildirdikdə istifadə olunur.

Qeyd! Həm müsbət, həm də mənfi mənada istifadə oluna bilər.

Məsələn:

(Yaponiyada qış)

  • ううう…。日本って寒いですね。
  • 冬はまだまだこれからですよ。

Tərcüməsi:

  • Br ..Yaponiya soyuqdure.
  • Qış hələ bundan sonradır.

Heroqliflər: 日本 [にほん] Yaponiya, 寒い [さむい] soyuq, [ふゆ] qış.


(Yemək yeyərkən)

  • 結構お腹がいっぱいになってきた。
  • えー、まだまだこれからですよ。

Tərcüməsi:

  • Yaman qarnım doydu.
  • Nəəə? Hələ təzə başlayırıq.

Heroqliflər: 結構[けっこう] xeyli , お腹[おなか] qarın.


(Həvəsləndirmək)

  • 一生懸命やってるつもりだけど、なかなか上達しないなあ。
  • 始めたばかりじゃないですか。まだまだこれ からですよ。

Tərcüməsi:

  • Bir daha etmək niyyətindəyəm amma heç bir irəliləyiş göstərə bilmirəm.
  • Hələ təzə başlamamısan?! Hər şey qabaqdadır.

Heroqlif: 一生懸命[ いっしょうけんめい] bir daha , 上達 [じょうたつ] irəliləmək, 始める [はじめる] başlamaq .


(Yeni işçi haqqında)

  • 彼、なかなか仕事を覚えないんで、困ってるんですよ。
  • 入って1か月でしょ。まだまだこれからだよ。

Tərcüməsi:

  • O, heç cürə işi yadda saxlaya bilmir deyə problem yaşayır.
  • (İşə) Daxil olduğu bir aydır da. Hələ hər şey qabaqdadır.

Heroqlif: 彼[かれ] o (kişi c.), 仕事[しごと] iş, 覚える[おぼえる] yadda saxlamaq, 困る[こまる] problem yaşamaq, 入る[はいる] daxil olmaq, 月[げつ] ay (period).

Müəllif: Gülşən Cabbarlı


Harda olmağınızdan asılı olmayaraq hər yerdə jacrazy.me saytı ilə yapon dili öyrənə bilərsiniz!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: