💁Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 3 iyul, 2022-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.
➡️Qeydiyyat tarixi :
28.03.2022-08.04.2022 bazar ertəsi- cümə (şənbə və bazar istirahət günləridir)
➡️Sənəd qəbulu saatları:
11:00-15:00
➡️Qeydiyyat məkanı:
Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
Müraciət qaydası və lazımı sənədlər:
- Doldurulmuş ərizə vərəqəsi;
- İki ədəd 3×4 sm fotoşəkil;
- İmtahan üçün ödəniş.
Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
- N1: 30 AZN
- N2: 30 AZN
- N3: 25 AZN
- N4: 25 AZN
- N5: 25 AZN
İmtahan proqramı:
- İmtahan günü: 2022-ci il, 3 iyul (bazar günü)
- İmtahan vaxtı: saat 12:00
- İmtahan yeri: Azərbaycan Dillər Universiteti
- Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134
‼️Qeyd 1: 2022-ci il iyul ayında keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayan müraciətçilərin müraciəti sərhədlərin bağlı olması səbəbindən hal-hazırda qəbul olunmur. Sərhədlər açıldıqdan sonra xarici vətəndaşlar üçün də sənəd qəbulunun mümkün olub-olmaması haqqında məlumat bildiriləcək.
‼️Qeyd 2: Yeni koronavirusun yayılması və ya digər fövqaladə hallar səbəbindən imtahanın ləğv olunması halı baş verə bilər. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.
⤵️Daha ətraflı məlumat üçün:
jlptazerbaijan@gmail.com
JLPT imtahanında iştirak etmiş (2021/Dekabr) imtahan iştirakçılarının nəzərinə,
JLPT qış imtahanında iştirak etmiş iştirakçıların imtahanla bağlı qiymətləndirmə vərəqi, həmçinin sertifikatları artıq Bakıdadır.
➡️ Sertifikat və qiymətləndirmə vərəqini götürmək istəyən şəxslər, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə yaxınlaşa bilər.
Aşağıdakı məlumatları oxumağınız vacibdir:
✅ Sertifikatları götürmə tarixi: martın 28-dən aprel ayının 15-nə kimi ;
✅ Qəbul saatı: 10:00-dan 12:30-a kimi ;
✅ Lazım olan sənəd: tək şəxsiyyət vəsiqəsi.
Ünvan :
Hyatt binası III, 5-ci və 6-cı mərtəbələr, Izmir küçəsi 1033, AZ1065 Bakı, Azərbaycan
💪İmtahandan keçmiş bütün imtahan iştirakçılarını təbrik edirik. Uğurlarının davamını arzulayırıq.