ちかい və とおい sözlərinin düzgün işlənmə yerləri 


Yapon dilində “yaxın” və “uzaq” sözlərinin fərqli mənalara sahib olduğunu bilirdinizmi? Bu dəfəki dərsimizdə “yaxın” və “uzaq” mənasında işlənən sözlərin üç situasiyada istifadə qaydasına nəzər yetirək.

⤵️ Sözlərimiz bunlardır:

🔹 近い[ちかい] yaxın

🔹 遠い[とおい] uzaq

⤵️ Bu sözlərin işlənmə yeri :

1. 距離[きょり] məsafə 

A) 山田さんの家は、駅から近いです。[やまださんのいえはえきからちかいです] Cənab Yamadanın evi stansiyadan yaxındır.

B) 山田さんの家は、駅から遠いです。[やまださんのいえはえきからとおいです] Cənab Yamadanın evi stansiyaya uzaqdır.


2.時間[じかん], 期間[きかん] zaman, period. 

A) 12月は、新年に近いです。[じゅうにがつは、しんねんにちかいです] Dekabr ayı yeni ilə yaxın aydır.

B) 今から3000年後は、かなり遠いです。[いまから3000ねんごは、かなりとおいです。]  3000 il sonrası bu gündən xeyli uzaqdır.


3. 関係[かんけい], 意味[いみ] əlaqə, məna. 

A) アゼルバイジャンとトルコの文化[ぶんか]は、近いです。 Azərbaycan və Türkiyə mədəniyyəti yaxındır.

B) あの人は遠い親戚らしいですね。[あのひとはとおいしんせきらしいですね] O, deyəsən uzaq qohumdur.

C) [ゆめのように]と[ゆめみたい]は、意味が近いです。 “Arzu kimi” və “Arzuya bənzər” sözləri mənaca yaxındır.

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.


Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.