Bu ki lap “göydəndüşmə” oldu..


Yapon dilində sadə sözləri öyrənməkdən bezmisinizsə bu dəfə öyrənəcəyimiz metafor “lap göydəndüşmə” olacaq.

➡️ 棚ぼた [たなぼた] göydəndüşmə (metafor)

Sözümüz:

ぼた餅[ぼたもち] botamoçi şirniyyatı

⤵️ “Botamoçi” şirniyyatı, dünyadan köçmüş ailə üzvlərin ruhunu şad etmək üçün xüsusi günlərdə hazırlanan, milli mətbəxə aid şirniyyatdır ki, “tanabota” metaforu məhz bu sözdən yaranıb.

Botamoçi

棚ぼた(たなぼた) ➡️ 棚からぼた餅(たなからぼたもち) şkafdan düşən botamoçi

  • 棚(たな) şkaf
  • ぼた餅 (ぼたもち) botamoçi şirniyyatı

⤵️ Mənası:

🔹 Bu metafor gözlənilməz şansı, bəxti ifadə edir. Həyatda baş verən xoş təsadüfi hadisələrə, uğura şamil edilərək istifadə olunan tək sözlü ifadədir.

Məsələn:

1.

  • A: 友(とも)だちからもらったくじでハワイ旅行(りょこう)が当(あ)たっちゃった。
  • B: すごい!まさに棚ぼただね、それは。

Tərcüməsi:

  • A: Dostumun verdiyi lotereya ilə Havai adasına səyahət qazandım.
  • B: Əladır ki! Bu lap göydəndüşmə olub ki.

2.

Məsələn:

  • A: 今月(こんげつ)の営業成績(えいぎょうせいせき)、随分(ずいぶん)いいねえ。
  • B: はい。ライバル店(てん)が閉店(へいてん)したので、棚ぼたで急(きゅう)に客(きゃく)が増(ふ)えたんです。

Tərcüməsi:

  • A: Bu ayki satış nəticəsi xeyli yaxşıdır.
  • B: Bəli. Rəqib mağaza bağlandığına görə birdən müştərilərin çoxalması göydəndüşmə oldu.

Müəllif: Gülşən Cabbarlı

Daim yenilənən jacrazy.me saytını izləməyi unutmayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: