Dilinizdən heç vaxt düşməyəcək söz: あきれる


Əgər başqa insanların məsuliyyətsiz davranışları sizi boğaza yığıb, bütün pozitiv enerjinizi yox edirsə bu sözü mütləq yadda saxlayın!. Çünki bu sözü bildikdən sonra heç vaxt dilinizdən düşməyəcək.

あきれる

Mənası: başqasının hərəkətlərindən təngə gəldikdə və ya bütün baş verənlərə görə artıq söz tapmayanda “bezmək“, “təngə gəlmək“, “söz tapa bilməmək” mənasında istifadə olunan çox işlək ifadədir. Demək olar ki, yaponlar, gündəlik həyatlarında tez-tez bu ifadəni istifadə edir.

Məsələn:

(iş yoldaşından narazılıq bildirdikdə)

  • A:森さん、また遅刻だって。
  • в:また?ほんと、あきれるなあ。

Tərcüməsi:

  • A: Cənab Mori yenə gecikib.
  • в: Yenə? Əməlli təngə gətirib.

(festivaldan sonra)

  • A:すごいゴミだね。
  • в:うん。マナーが悪い人が多いんだね。あきれるよ。

Tərcüməsi:

  • A:Yaman zibillikdir.
  • в: Hə. Tərbiyəsiz insanlar çoxdur. Təngə gətiriblər.

(müdirin yersiz hərəkətlərindən bəhs edəndə)

  • A:なんであんなことで怒るんだろう。
  • в:まったくね。いつものことだけど、あきれるよ。

Tərcüməsi:

  • A: Niyə bir balaca şeydə əsəbləşir.
  • в: Görürsən. Həmişə olan şeydir amma bezdirire.

(Qrup ilə gəzintidə)

  • A:あきれたよ。彼、また一人でどっか行っちゃったよ。
  • в:また!?困った人だね。

Tərcüməsi:

  • A: Lap bezdim! O, yenə tək harasa gedib.
  • в: Yenə?! Problemli adamdır.

(həmişə başqasında günah axtaran)

  • A:もっと説明してくれればよかったのに。
  • в:また人のせいにするの!?あきれるなあ。

Tərcüməsi:

  • A: Daha çox izahat versəydi yaxşı olardı.
  • в: Yenə başqasında günah görürsən?! Artıq sözüm yoxdur!

Heroqlif siyahı:

  1. 遅刻する[ちこくする] gecikmək
  2. 悪い[わるい] pis
  3. 怒る[おこる] əsəbləşmək
  4. 困る[こまる] problemdə olmaq
  5. 説明する[せつめいする] izah etmək

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: