Yaponiya Səfirliyi “Yapon dili danışıq klubu” təşkil edir!


Yapon dilini öyrənən şəxslər üçün onlayn tədbir“Yapon dili Danışıq Klubu”
Yaponiya Səfirliyinin təşkilatçılığı ilə onlayn formatda “Yapon Dili Danışıq Klubu” adlı tədbirhəyata keçiriləcəkdir. Yapon dilini istifadə etməklə yaponlar ilə əlaqə qurmaq, öz ünsiyyət vədanışıq bacarıqlarını inkişaf etdirmək istəyən və yapon dilini bilən bütün şəxslərin aktiv şəkildəiştirakını gözləyirik.

Yapon dili səviyyənizdən asılı olaraq, 2 fərqli tədbirdə iştirak nəzərdə tutulmuşdur:
A) Tədbir haqqında məlumat⤵️

  1. Yapon dili bacarığı elementar səviyyədə olan şəxslər üçün “Yapon Dili Danışıq
    Klubu”
    Tarix: 10 fevral 2022-ci il (c.a.)
    Saat: 17:00-18:00 (1 saat)
    Məkan: Zoom (onlayn formatda)
    Mövzu: 「あなたについて教えてください」(“Özünüz haqqınızda danışın”)
    Kimlər iştirak edə bilər: Elementar səviyyə yapon dilində danışa bilən hər kəs (yapon dili səviyyəsi N4-ə kimi olan şəxslər başlanğıc səviyyə hesab olunur). İştirak zamanı özünüz haqqında yapon dilində az da olsa məlumat vermək və tədbirdə digər iştirakçılarla az da olsa fikir mübadiləsi aparmaq bacarığı gərəkdir. Yaş həddi yoxdur.
  2. Yapon dili bacarığı orta səviyyədə olan şəxslər üçün “Yapon Dili Danışıq Klubu”
    Tarix: 15 fevral 2022-ci il (ç.a.)
    Saat: 17:00-18:00 (1 saat)
    Məkan: Zoom (online formatda)
    Mövzu:「日本に行ったらやってみたいこと」(“Yaponiyaya getsəm,etmək istədiyim şeylər”)
    Kimlər iştirak edə bilər: Yapon dili bacarığı orta səviyyədə olan hər kəs iştirak edə bilər (yapondili səviyyəsi N4-dən yuxarı olan şəxslər). İştirak zamanı qeyd olunan mövzu ilə bağlı yapon dilində məlumat vermək, fikir bildirmək və tədbirdə digər iştirakçılarla da fikir mübadiləsi aparmaq bacarığı gərəkdir. Yaş həddi yoxdur.
  3. B) İştirakçı sayı: (hər iki tədbir üçün)
    Tədbirlərdə iştirak üçün yerlər məhduddur. Hal-hazırda hər bir tədbir üçün təxmini 20 iştirakçının iştirakı nəzərdə tutulmuşdur. İştirak edə bilmək üçün tez zamanda müraciət etməyinizi tövsiyə edirik. Daha tez müraciət edənlər ilk olaraq qeydiyyata alınacaqlar.
    C) Müraciət qaydaları:
    Səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına aşağıda qeyd olunmuş başlıq və mətni əlavə edərək, qeyd olunan tarixədək göndərməyiniz xahiş olunur.
  4. Yapon dili başlanğıc səviyyədə olan şəxslər üçün “Yapon Dili Danışıq Klubu” üçün
    müraciət etmək istəyən şəxslər: 7 fevral 2022-ci il tarixinədək
  5. Yapon dili orta səviyyədə olan şəxslər üçün “Yapon Dili Danışıq Klubu” üçün müraciət
    etmək istəyən şəxslər: 11 fevral 2022-ci il tarixinədək

Mailin başlığı: Yapon Dili Danışıq Klubu (Başlanğıc səviyyə) / Yapon Dili Danışıq Klubu (Orta səviyyə)
*Mailin başlığında hansı səviyyə yapon dili üçün olacaq tədbirdə iştirak etmək istədiyinizi mütləq qeyd edin!

Mail mətninin nümunəsi:
Ad və soyadınız:
Mənsub olduğunuz qurum (məktəb / universitet/iş yeri / digər):
Yapon dili tədrisi tarixcəniz (müddət): (məsələn, “1-ci kurs tələbəsi” və ya “1 ay”)
Hansı tədbirdə iştirak edəcəksiniz: Elementar səviyyə / Orta səviyyə

D) Hər iki tədbir barədə vacib məqamlar:
 Tədbirlər saat 17:00-da başlayacağı üçün 16:50-17:00 aralığında onlayn bağlantını yoxlamaq üçün qoşulmağınız xahiş olunacaq.
 Tədbirin başlanğıcında bütün iştirakçılara qısa şəkildə qaydalar izah olunacaqdır.
 Tədbiri Yaponiya Səfirliyinin əməkdaşları aparacaqlar.
 Tədbirin sonunda bütün iştirakçıların xatirə şəklinin Zoom üzərindən çəkilməsi planlaşdırılır.

E) Əlavə məlumat:
Tədbir haqqında hər hansısa əlavə məlumat almaq istəsəniz, səfirliyin aşağıdakı mail ünvanı və ya Facebook hesabı vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Mail ünvanı: culture-info@ bk.mofa.go.jp