うるさい və にぎやか sözlərini nə zaman işlətməliyik ?


Hər iki sözün mənası “səs-küylü” olsa da, lakin cümlədə yerlərini səhv işlətdiyimiz zaman fərqli mənalara gətirib çıxara bilər. Ona görə də diqqətli olmalı olduğunuz məqamlar hansılardır ?

İlk öncə gəlin, うるさい (oxunuşu: urusai) sözü ilə başlayaq. うるさい sözü “səs-küylü” deməkdir ki, mənfi mənada işlənir. Hər hansı bir səs sizi narahat edib əsəbləşdirirsəうるさい sözünü işlədə bilərsiniz. Buna insanlar da aiddir.

Məsələn:

  1. 犬がうるさいです。「いぬがうるさいです。」İtin səsi başıma düşdü.
  2. リンさんは、小さい虫の声を「うるさい!」と言います。「リンさんは、ちいさいむしのこえを「うるさい!」といいます。 Xanım Rin, balaca böcəyin səsinə “Səs-küylüsən” deyir.

Bəs にぎやか (oxunuşu: niqiyaka) sözü  ? にぎやか sözü “səs-küylü” demək olsa da, “canlı” mənasında işlənir. Yəni, にぎやか sözü müsbət mənalı cümlələrdə işlənir. Əgər eşitdiyiniz səslər, gördüyünüz sıxlıq sizə xoş təəssürat yaradırsa にぎやか sözünü işlədə bilərsiniz. Buna insanlar aid deyil.

Məsələn:

  1. パーティーは歌や踊りがあって、にぎやかでした。「パーティーはうたやおどりがあって、にぎやかでした。」 Şənlikdə mahnı, rəqslər olduğuna görə canlı idi.
  2. バクーはにぎやかな町「まち」です。 Bakı, canlı şəhərdir.

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.