“おつかれさま” və “ごくろうさま” sözlərinin düzgün istifadə qaydası.


Yapon dilində ən çox istifadə olunan sağollaşmalardan おつかれさま və ごくろうさま  sözləri eyni tərcüməyə malik olsa da, az bir fərqlə bir-birlərindən fərqlənirlər. Gəlin, bu sözlərin mənalarını və işlənmə yerlərini birlikdə nəzərdən keçirək :

  • HEROQLİF İLƏ YAZILIŞI : お疲れ様でした
  • HİRAQANA İLƏ YAZILIŞI : おつかれさまでした

Əslində bu sözü hərfi tərcümə etdiyimiz zaman 疲れる “yorulmaq” deməkdir. Lakin おつかれさま sözü tamamilə fərqli mənada istifadə edilir.

おつかれさま sözü, işə başlamazdan öncə salamlaşma kimi, işin sonunda isə iş yoldaşlarına, rəhbərlərə qarşı sağollaşma kimi istifadə edilir.(iş mühiti)

“Necə yəni salamlaşma kimi ?!”

İş mühitində biznes etikasına uyğun olaraq daha çox 「こんにちは」「おはようございます」sözlərinin əvəzinə おつかれさま sözü istifadə edilir. Həmçinin bu ifadəni, yenə salamlaşma kimi biznes e-poçt mətnlərində istifadə edə bilərsiniz.

Adi günlərdə, iş mühitindən kənarda, yəni heç bir əziyyətli iş, məşğul gün olmayıbsa “sağ ol” bildirən sözlərin yerinə おつかれさま sözünü deyirsinizsə, bu tamamən yalnışdır. Yalnız, iş, dərs mühitində (yorğun keçən gün) hansı ki hər iki tərəfin və ya bir tərəfin əziyyət çəkdiyini düşünürsünüz, bu hallarda istifadə edə bilərsiniz. Bəs mənası nədir ? Dəqiq tərcüməsi heç bir dildə olmayan ifadələrdən biridir. Azərbaycan dilinə ən yaxın mənası yorulmayasınız ifadəsidir. Yaponiyada iş mühitində yaponlar iş yoldaşlarına, rəhbərə qarşı hörmət anlayışı ilə bu ifadəni işlədirlər. Qarşımızdakı şəxs də elə おつかれさま sözü ilə qarşılıq verir. Məsələn :

  • A: お疲れ様でした、さきかえります!
    B: をつけてね、また明日
  • A: Yorulmayasınız. Mən, qabaqcadan qayıdıram.
  • B: Ehtiyatla, sabaha kimi.

  • お疲れ様でございます ➡️おつかれさまでございます。
  • お疲れ様です➡️ おつかれさまです。

「お疲れ様でございます」は「お疲れ様です」sözündən daha nəzakətli formada istifadə olunan sözdür.

İşlənmə qaydası:

1. İş yoldaşlarınıza, eyni statusda olan işçilərə qarşı 「お疲れ様」və ya「お疲れ様です」sözünü işlədirik. (「同僚」に声をかける場合は「お疲れ様」「お疲れ様です」)

2. Statusda yüksək şəxslərə, rəhbərlərə qarşı 「お疲れ様でございます」sözünü işlədə bilərsiniz. 「先輩」や「上司」に声をかける場合は「お疲れ様でございます」


Diqqətli olaq! Eyni iş yerindən, şirkətdən olmayan şəxslərə, həmçinin müştərilərə və ya partnyor şirkətlərin işçilərinə qarşı istifadə edilmir. Əvəzinə isə bu ifadələri istifadə edə bilərsiniz:

(Salamlaşma kimi)

いつもお世話になっております ➡️ いつもおせわになっております。
先日はありがとうございました➡️せんじつありがとうございました。

Unutmayın! İşdə hamıdan öncə işdən çıxırsınızsa, evə qayıdırsınızsa bu cür istifadə edə bilərsiniz :

  • お疲れ様です。お先に失礼いたします。➡️おつかれさまです。おさきにしつれいいたします。
  • Yorulmayasınız. Bağışlayın, mən qabaqcadan çıxıram.

Ən çox verilən suallardan biri: Müəllimə qarşı istifadə etmək olar?

Müəlliməyə görə məktəb mühiti iş yeri olduğuna görə tələbələrə qarşı bu sözü işlətməsi normal hesab olunur, lakin tələbələr üçün müəllimə, eyni statusda işçi və ya tabeliyində olan rəhbər hesab olunmadığına görə müəlliməyə qarşı bu ifadənin istifadə edilməsi qəribə səslənə bilər. Müəllimə sağollaşma kimi bu ifadəni istifadə elədiyi zaman qarşılığında さようなら və ya ありがとうございました deyə bilərsiniz.


  • HEROQLİF İLƏ YAZILIŞI : ご苦労様
  • HİRAQANA İLƏ YAZILIŞI : ごくろうさま

Bu sözü, iş yerində statusda yüksək şəxslər, yəni rəhbərlər işçiyə qarşı istifadə edir. Müdirlərin (statusda yüksək şəxslərin) işçilərə (tabeliyində olan, statusda kiçik şəxslərə) qarşı olan təşəkkür, minnətdarlıq hissini bildirmək üçün istifadə etdiyi ifadədir. İşçi isə qarşılığında おつかれさま sözünü istifadə edir. Məsələn:

  • A: ご苦労様、今日きょうもがんばったね
    B: お疲れ様です。ありがとうございます!
  • A: Yaxşı iş gördünüz, bu gün də əlinizdən gələni etdiniz.
  • B: Yorulmayasınız, çox sağ olun.

Diqqətli olaq! ご苦労さま[ごくろうさま] sözü, お疲れ様[おつかれさま] sözündən fərqli olaraq salamlaşma kimi istifadə edilmir. (挨拶として使われない)

[名・形動]相手の労苦をねぎらう意で用いる言葉。また、職場で、先に帰る人へのあいさつにも使う。「ご苦労様」は目上の人から目下の人に使うのに対し、「お疲れ様」は同僚、目上の人に対して使う。

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: