“Ustalaşmaq”, “söyüşkən”.. bir-birindən maraqlı 5 ifadə!


Yapon dilində artıq sadə, primitiv sözləri istifadə etməkdən bezmisiniz? Daha təbii, bədii dillə danışmaq istəyirsinizsə daha çox ifadə öyrənərək lüğətinizi genişləndirə bilərsiniz. Elə isə gəlin, yapon dilində beş maraqlı ifadə ilə tanış olaq:

1. Birinci ifadə:

年季が入る
(ねんきがはいる)

Mənaları:

  1. Uzun müddətli məşqlərdən sonra ustalaşmaq, bacarıqlı olmaq.
  2. Yararsız, köhnəlmiş (uzun müddət istifadə etdikdən sonra).

年季(ねんき) period, müddət, işçi müqaviləsi müddəti.
入(はい)る daxil olmaq, əldə etmək və sairə.

Məsələn:

  • Xeyli köhnəlmiş dəftərdir..
  • Səndən öncəki senpai neçə il istifadə edib. Bəsdir də, içinə bax gör!

2. İkinci ifadə:

話を振る
(はなしをふる)

Mənası:
Söhbəti gətirib hansısa mövzuya çıxarmaq, bir məsələyə toxunmaq, söhbəti fırlatmaq.

話(はなし) söhbət, danışıq, hekayə, mövzu.
振(ふ)る yelləmək, silkələmək, gətirmək (mövzu).

音楽の話を振る (おんがくのはなしをふる)
Söhbəti musiqiyə gətirib çıxarmaq.


3. Üçüncü ifadə:

名を連ねる
(なをつらねる)

Mənası:
Siyahıda adının olması, üzv olmaq (məsələn, təşkilata); çoxluğun olması (məsələn, tədbirdə).

名(な) ad.
連(つら)ねる sıraya düzülmək.

発起人の中に名を連ねる (ほっきにんのなかになをつらねる)
Sponsorlardan biri olmaq.


4. Dördüncü ifadə:

口が悪い
(くちがわるい)

Mənası:
Tez-tez pis, kobud, vulqar sözlərdən istifadə edən, ağzı pis, söyüş söyən, çirkin danışıq, söyüşkən.

口(くち) ağız.
悪(わる)い pis, kasad, çirkin.

あいつは口が悪い。
O, söyüşkəndir.


5. Beşinci ifadə:

けりをつける

Mənası:
Bitirmək, sonlandırmaq, həll etmək (problemi).

けり (鳧) (köməkçi nitq hissəsi) son, nəticə bildirir.
つける (付ける) əlavə etmək.

問題にけりをつける (もんだいにけりをつける)
Problemi həll etmək.


Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.