DORAEMON ilə yapon dili [1]


DORAEMON animesini və ya mangasını sevirsiniz ? Elə isə bu dərs seriyası əsl sizlikdir! Doraemon mangası ilə yapon dili öyrənmək çox əyləncəlidir. Həmçinin gündəlik istifadə edə biləcəyiniz söz bazası ilə zəngindir ki, yapon dilini sürətli şəkildə öyrənə bilərsiniz.

Oxumağa çalışaq:

  1. UFO地球に近づく
  2. ゆっくりと..
  3. 揺すぶらないで

1. 地球 [ちきゅう] “yer kürəsi” deməkdir. 近い[ちかい] sözü isə “yaxın“, amma 近づく[ちかづく] dedikdə “yaxınlaşmaq” mənasında işlənir. Burada yer kürəsinə yaxınlaşmaq istiqamət olaraq götürüldüyünə görə isimdən, yəni 地球 sözündən sonra (a,ə,ya,yə) işlənib. UFO地球に近づく cümləsinin tərcüməsi belə olacaq: UFO yer kürəsinə yaxınlaşır.

2. ゆっくり yavaş-yavaş , ゆっくりと yavaşca..

3. 揺すぶらないで [ゆすぶらないで] tərpətmə deməkdir. Sözün kökü 揺すぶる[ゆすぶる] tərpətmək, silkələmək sözüdür. ない forması əlavə edilərək inkar forması yaradılıb ki, ~ないでください (etmə zəhmət olmasa) formasının qısa, yəni danışıq forması olan ~ないで (etmə) forması ilə işlənib.


Oxumağa çalışaq:

  1. ハクション
  2. 撮影がめちゃめちゃだ。
  3. でていけ!

1. ハクション Azərbaycan dilində asqırıq səsi olan “hapçı” səsidir. Azərbaycan dilində “hapçı” olsa da, yapon dilində “hakuşon” kimidir. Əlavə söz olaraq くしゃみ isə “asqırmaq” deməkdir.

2. 撮影がめちゃめちゃだ。[さつえいがめちゃめちゃだ]. Çəkiliş məhv oldu!

めちゃめちゃ sözü onomofonetik sözdür, sifət olaraq “nizamsız“, “dağılmış” kimi istifadə olunsa da, zərflik kimi “çox“, “həddən artıq” mənasında işlənilir.

撮影[さつえい] sözü artıq bildiyiniz kimi “çəkiliş” deməkdir. Bu sözün sonuna peşə sonluğu olan 者[しゃ] əlavə etdikdə 撮影者[さつえいしゃ] “fotoqraf” kimi tərcümə olunur.

3. でていけ! Çıx get !

  • 出る[でる] çıxmaq
  • 行く[いく] getmək

Qrammatika qeyd: Əmr formasında birinci qrup feillərin sonu “e” hecasına dəyişir. いきます>いき>いけ

Ardı var …➡️➡️➡️

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.