Köhnə illə vidalaşmağa sayılı günlər qalıb. Həyatında yeni səhifə açmağın tam vaxtıdır. Elə isə gəlin, bu sözü deməyi yapon dilində də deməyi öyrənək:
心機一転(しんきいってん)
➡️心機一転する həyatında yeni səhifə açmaq
🔹新しい仕事を始めたので、心機一転してがんばります。Yeni işə başladığıma görə həyatımda yeni səhifə açıb əlimdən gələni edəcəyəm.
- 新しい仕事 [あたらしいしごと] yeni iş
- 始める[はじめる] başlamaq
🔹来年は心機一転しようと決めた。Gələn ildən həyatıma yeni səhifə açmağa qərar verdim.
- 来年[らいねん] gələn il
- 決める[きめる] qərar vermək
🔹彼女はそれで心機一転した。O, beləliklə həyatına yeni səhifə açdı.
- 彼女[かのじょ] O (qadın)
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı
