Hər şeyə やばい demək, olmaz?!


やばい sözünün yaranma tarixindən bugünə kimi yaşadığı dəyişikliklərə birlikdə göz gəzdirməyə nə deyirsiniz?! Yaponların tez-tez işlətdiyi やばい sözü əslində düzgün formada istifadə olunurmu?

Yeri gəlmişkən やばい sözünün mənası, Azərbaycan dilində intonasiyadan aslı olaraq “dəhşət”, “ay da” kimi tərcümə olunur. Sevincli, həyəcanlı halda istifadə olunduğu zaman yaxşı mənada, kədərli, əsəbi, narazıçılıq hallarında isə mənfi mənada istifadə olunur.

Yapon dilində dostlar və ya yalnız yaxın ətraf arasında istifadə olunan sözlər var. Buna misal olaraq, filmlərdə cinayətkarların detektivi デカ kimi, polisi サツ kimi çağırdığını yəqin ki, diqqət etmisiniz. Bu kimi sözlər, başqa insanların başa düşməməsi üçün edilən söhbətlərdən, dostlar arasında isə bir məlumatı təsdiq etmək üçün soruşulan suallardan yaransa belə, daha sonralar hamı tərəfindən istifadə olunan işlək sözlərə çevrilib.

やばい sözünü adətən oğrular polisə yaxalananda, ya da təhlükə yaxınlaşanda istifadə edirdi. Yeri gəlmişkən indi də hamı 『やばい、忘れちゃった』(ay da, unutdum!) ifadəsini rahatlıqla işlədə bilir. Yemək yedikdə 『これはやばい』(bu, möhtəşəmdir!) 、『やばい、うますぎ』(dəhşət dadlıdır!) ifadələri『すばらしい』(möhtəşəm) sözünə yaxın mənalı söz kimi istifadə olunur.

Beləliklə やばい sözü, bir neçə insanın bildiyi söz olsa da, indiki dövrdə hamının bildiyi sözə çevrilib. Demək ki, hər şeyə やばい dedikdə əsas mənanı, necə yarandığını unutmaq lazım deyil. やばい sözünü uyğun cümlədə işlətmək üçün araşdırılaraq istifadə olunması tövsiyə olunur.


Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.