違い sözü ilə bağlı bütün problemləri həll edirik!


Demək olar ki, yapon dili öyrənənlərin yapon dilində danışarkən istəmədən də olsa etdikləri səhvlərdən biri 違い sözüdür. Çünki Azərbaycan dilinə tərcümə etdiyimiz zaman cümlədə rolu sifət olsa da, yapon dilində bu söz sifət deyil. Gəlin, bir-bir, ən xırda detalına kimi bu sözü araşdıraq.

  • 違う [ちがう] fərqlənmək, səhv
  • 間違える[まちがえる] səhv etmək

1. 違う sözünün cümlədəki rolu feildir. Yəni, cümlədə istifadə etdiyimiz zaman feildə olduğu kimi dəyişməliyik.

答えが違う [こたえがちがう] cavab düzgün deyil, fərqlidir.

Diqqətli olun : gördüyünüz kimi Azərbaycan dilinə sifət kimi tərcümə olunsa belə bu söz hərəkəti bildirir.

Əsla deməyin: 違かった [ちがかった]

2. 間違える sözü də həmçinin sifət deyil, feildir. Feillərin dəyişməsi bu sözümüzə də aiddir.

答えを間違える[こたえをまちがえる] cavabı səhv etmək.

Əsla demirik: 答えを違う[こたえをちがう]


  • 違い [ちがい] fərqlilik, fərqli
  • 間違い [まちがい] səhv

形容詞ではない! Bu sözlər, sifət deyil.

3. 違い fərqlilik, fərqli kimi tərcümə olunur. Fərqli (necə?) sualına cavab verərək cümlədə sifət olsa belə, yapon dilində bu söz isimdir.

習慣の違い [しゅうかんのちがい] fərqli adət-ənənə

4.間違い, “səhv” sözü də digər sözlər kimi sifət deyil, isimdir. Keçmişə və inkar formasına çevirdiyiniz zaman diqqətli olun.

漢字の間違い [かんじのまちがい] yalnış heroqlif

Əsla deməyin : まちがかった

Düzgün forması: 間違いでした [まちがいでした]


Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün jacrazy.me saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.