Yapon dili ilə məşğul olanların yapon dilinə aid sualları və cavabları “Sensei, oşiete” bölməmizdə toplanır. Sizin də hər hansı sualınız varsa şərh bölməsində qeyd edə bilərsiniz.

Sual 1.

🔺面会時間
🔺面会謝絶
🔺面会制限

Hər üç heroqlifi xəstəxanaya və instituta getdiyiniz zaman divarda və ya qapılarda yapışdırılmış xəbərdarlıq, elanlarda görə bilərsiniz.

⤵️Mənaları və izahı:

1. 面会時間 [めんかいじかん]
Oxunuşu [menkaicikan]
Tərcüməsi : ziyarət vaxtı

2. 面会謝絶 [めんかいしゃせつ]
Oxunuşu [menkaişasetsu]
Tərcüməsi : ziyarət olmaz, qadağandır

3. 面会制限 [めんかいせいげん]
Oxunuşu [menkaiseiqen]
Tərcüməsi : limitli ziyarət

👩‍🏫Hal-hazırda koronaya görə xəstə ziyarətinə xüsusi nəzarət var. Buna görə də 面会制限 xəbərdarlıq kağızını diqqətlə oxumaq lazımdır.

İzahat:

➡️面会時間 pasiyentlə görüşə izin verilir və müəyyən vaxt limiti ilə görüşmək olar.
➡️面会謝絶 pasiyentin vəziyyəti istənilən şəxs ilə görüşə uyğun deyil. Görüşmək olmaz.
➡️面会制限 xüsusi hallarda görüşə izin var. Lakin vaxt və görüşə gələn şəxsə görə prosedur fərqlənir. Müəyyən sənədləri doldurmaq tələb oluna bilər.


Sual 2.

🚹殿方[とのがた]
Oxunuşu [tonoqata]
Tərcüməsi : Cənab

🚺ご婦人[ごふじん]
Oxunuşu [qofucin]
Tərcüməsi : Xanım

👩‍🏫 Yaponiyada onsen yerlərində, yapon üslubunda olan otellərdə və ya hostellərdə kişilərin, qadınların istifadəsi üçün olan otaqlar ayrı-ayrı olur. Buna görə də, bizdə olduğu kimi oğlan/qız yazmağın yerinə daha nəzakətli üslubda yazılması daha uyğun görülür. Yəni, “Cənabların istifadəsi üçün”, “Qadınların istifadəsi üçün” kimi yazılır.

❗殿方用 [tonoqatayou] Cənabların istifadəsi üçün.


Sual 3.

✅支度中 | したくちゅう [ şitakuçuu ] hazırlıq mərhələsindədir.

👩‍🏫Yaponiyada mağaza, restoran və ya kafenin açılmasından daha erkən orda olmusunuzsa və ya günorta fasiləsinin bitməsinə hələ vaxt varsa bu tabela ilə rastlaşmağınız mütləqdir.  Həmin müəssisə içəridə hazırlıq getdiyini, sizdən biraz gözləməyinizi xahiş edir.

❗支度中 [ şitakuçuu] sözü, 準備中 [cunbiçuu] sözü ilə eyni mənalı sözdür.  Mağazanın hələ açılmadığını bildirir.

📚準備 sözü, “hazırlıq” deməkdir.


Sual 4.

Ilk öncə gəlin, xəbərin nəyə aid olmasını araşdıraq. Başlıqda bu yazılıb:

🔹新型コロナウイルス感染症対策
Tərcüməsi: yeni növ koronavirus infeksiyası üçün əks tədbirlər

⤵️Mənaları və izahı:

1. 新型 [しんがた]
Oxunuşu [şinqata]
Tərcüməsi : yeni növ

2. コロナウイルス
Oxunuşu [koronauirusu]
Tərcüməsi : Koronavirus

3. 感染症 [かんせんしょう]
Oxunuşu [kansenşou]
Tərcüməsi : infeksiya

4. 対策 [たいさく]
Oxunuşu [taisaku]
Tərcüməsi : əks tədbir

💁İndi isə gəlin, əsas mövzuya diqqət yetirək.

🔹路上飲みは止めてください。[ろじょうのみはとめてください]
🔹Oxunuşu : [Rocou nomi va tomete kudasai]
🔹Tərcüməsi: Çöldə/Küçədə içki içməyi dayandırın, zəhmət olmasa.

⤵️İzahat:

Koronavirusla mübarizə aparıldığına görə gecə gec saatlara kimi insanların çöldə olmaması üçün xəbərdarlıq kimi elanları hər yerdə görmək mümkündür. Bu elan da onlardan biridir. Burada yeni ifadə: 路上飲み “rocou nomi” gedir. “Küçədə içki içmək” mənasını daşıyır.


Sizə necə köməkçi ola bilərik ?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: