JLPT yay sezonu üçün qeydiyyat başlayır! Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 4 iyul, 2021-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.

  1. İmtahan üçün müraciət
    İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyən şəxslərin nəzərinə!
    İmtahana müraciət üçün lazım olan ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
    [Satış müddəti] 29.03.2021 – 09.04.2021 bazar ertəsi- cümə (şənbə və bazar istirahət günləridir)
    [Ərizə qəbulu saatları] 11:00 15:00
    [Satış məntəqəsi] Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
  2. Müraciət qaydası və lazımı sənədlər
    1) Doldurulmuş ərizə vərəqəsi
    2) İki ədəd 3×4 sm fotoşəkil
    3) İmtahan üçün ödəniş haqqı
    Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
    N1: 20 AZN
    N2: 20 AZN
    N3: 15 AZN
    N4: 15 AZN
    N5: 15 AZN
    *Qeyd 1: 2021-ci il Iyul ayında keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayan müraciətçilərin müraciəti sərhədlərin bağlı olması səbəbindən hal-hazırda qəbul olunmur. Sərhədlər açıldıqdan sonra xarici vətəndaşlar üçün də sənəd qəbulunun mümkün olub-olmaması haqqında məlumat bildiriləcəkdir.
    *Qeyd 2: Yeni koronavirusun yayılması və ya digər fövqaladə hallar səbəbindən imtahanın ləğv olunması halı baş verə bilər. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.
    [Sənəd qəbulu müddəti] 29 mart, 2021-ci il (bazar ertəsi) – 9 aprel, 2021-ci il (cümə) tarixinədək (şənbə və bazar istirahət günləridir).
    [Qəbul saatları] 11:00-dan 15:00 -dək
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, Yaponiya Səfirliyi, 5-ci mərtəbə
  3. İmtahan proqramı:
    İmtahan günü: 2021-ci il 4iyul (bazar günü)
    İmtahan vaxtı: saat 12:00

Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: jlptazerbaijan@gmail.com
Facebook URL: https://www.facebook.com/JLPTazerbaijan/


Sizə necə köməkçi ola bilərik ?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

<span>%d</span> bloqqer bunu bəyənir: