Doraemon ilə yapon dili öyrənmək çox rahatdır! Rahat söz bazası və yormayan qrammatikası ilə dildən zövq alaraq manqa oxuya bilərsiniz. Bu dəfəki mövzu isə “uğursuzluq” -dur. Gəlin, bu bölmədə olan yeni sözlər və qrammatika ilə tanış olaq:

İlk öncəki səhnəni oxuyaq:

Sağdan sola doğru, yuxarıdan aşağı oxunur.
  • おじゃまします
  • どろぼうみたいでいやだ!
  • ぐずぐずいうな。

Tərcüməsi:

  • A: Bağışlayın narahat edirik.
  • B: Oğru kimi görsənir, istəmirəm!
  • A: Deyinmə!

Yeni sözlər:

  • お邪魔します[おじゃまします] bağışlayın narahat edirəm (ifadədir)
  • 泥棒[どろぼう] oğru
  • グズグズ deyinmək, donquldanmaq

Qrammatik izahı:

  1. ~みたい Azərbaycan dilində tərcüməsi “kimi” deməkdir. Nəyəsə və ya kiməsə bənzətmə edildiyi zaman istifadə olunan qrammatik formadır.
  2. ~ Fel+な. Felin lüğət formasından sonra な gəlirsə əmr formasında inkar, qadağa bildirir. Yəni, “ma/mə” kimi tərcümə olunur. Məsələn: いくなgetmə“, はなすなdanışma

Növbəti səhnə:

Sağdan sola doğru, yuxarıdan aşağı oxunur.
  • 行くな!
  • よけいなお世話だ!
  • 行ったらどんなことになるか、記録を見せてやる。
  • また、れいのアルバムかい?

Hiraqana ilə oxunuşu:

  • いくな!
  • よけいなおせわだ!
  • いったらどんなことになるか、きろくをみせてやる。
  • また、れいのアルバムかい?

Tərcüməsi:

  • A: Getmə!
  • B: Sənlik deyil!
  • A: Getsən nə olacağını sənə sənədlə göstərəcəm.
  • B: Yenə, məsələn albomu?

Yeni sözlər:

  • 余計なお世話 [よけいなおせわ] sənin işin deyil, öz işinlə məşğul ol, sənlik deyil
  • 記録[きろく] sənəd, qeydiyyat
  • 見せてやる[みせてやる] göstərmək
  • 例[れい] misal, məsələn, misalçün

Qrammatik izah:

~みせてやる Kiməsə nəyisə göstərmək üçün istifadə olunan qrammatik formadır. 僕があんたに見せてやる[ぼくがあなたにみせてやる] “Gününü göstərəcəm” mənasında, ifadə kimi tez-tez eşidə bilərsiniz.


Sağdan sola doğru, yuxarıdan aşağı oxunur.
  • ちょっと挨拶してくる。
  • ええ、長い間お世話になりました。お父さんもお母さんも、可愛がってくれて僕は幸せでした。でも、ひょっとすると今日でお別れかもしれない。
  • 変な事言うわね。どこへ行くの。

Tərcüməsi:

  • A: Biraz sağollaşıb gəlirəm.
  • A: Şey, uzun zaman qayğıma qaldınız. Atam, anam tərəfindən əzizləndiyimə görə xoşbəxt idim. Amma ola bilsin ki, bu gün sağollaşırıq.
  • B: Qəribə danışırsan. Hara gedirsən?!

Yeni sözlər:

  • 挨拶[あいさつ] salamlaşma, sağollaşma, görüşmə
  • 長い間[ながいあいだ] uzun müddət
  • お世話になります[おせわになります] qayğısına qalmaq, diqqətində olmaq
  • 可愛がってくれる[かわいがってくれる] əzizlənmək
  • 幸せ[しあわせ] xoşbəxtlik
  • ひょっとするとola bilsin, mümkün
  • 別れ[わかれ] ayrılıq, sağollaşma
  • 変な[へんな] qəribə

Qrammatik izah:

  1. ~てくる Hər hansı bir hərəkəti edib gəlmək. Məsələn : パンをかってくるçörək alıb gəlirəm
  2. Felの? Felin lüğət formasından sonra の? gəldiyi zaman qarşımızdakı insandan hər hansı bir məlumatı dəqiqləşdirmək üçün yenidən sual verərək təsdiq edirik. Məsələn: 見るの?  “görürsən?”

Bu kimi dərslərin davamını oxumaq üçün sayta abunə olmağı, sualınız varsa şərh yazmağı unutmayın!


Sizə necə köməkçi ola bilərik ?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

<span>%d</span> bloqqer bunu bəyənir: