Doraemon ilə yapon dili öyrənmək çox rahatdır! Rahat söz bazası və yormayan qrammatikası ilə dildən zövq alaraq manqa oxuya bilərsiniz. Bu dəfəki mövzu isə “uğursuzluq” -dur. Gəlin, bu bölmədə olan yeni sözlər və qrammatika ilə tanış olaq:
İlk öncəki səhnəni oxuyaq:

- おじゃまします
- どろぼうみたいでいやだ!
- ぐずぐずいうな。
Tərcüməsi:
- A: Bağışlayın narahat edirik.
- B: Oğru kimi görsənir, istəmirəm!
- A: Deyinmə!
Yeni sözlər:
- お邪魔します[おじゃまします] bağışlayın narahat edirəm (ifadədir)
- 泥棒[どろぼう] oğru
- グズグズ deyinmək, donquldanmaq
Qrammatik izahı:
- ~みたい Azərbaycan dilində tərcüməsi “kimi” deməkdir. Nəyəsə və ya kiməsə bənzətmə edildiyi zaman istifadə olunan qrammatik formadır.
- ~ Fel+な. Felin lüğət formasından sonra な gəlirsə əmr formasında inkar, qadağa bildirir. Yəni, “ma/mə” kimi tərcümə olunur. Məsələn: いくな “getmə“, はなすな “danışma“
Növbəti səhnə:

- 行くな!
- よけいなお世話だ!
- 行ったらどんなことになるか、記録を見せてやる。
- また、れいのアルバムかい?
Hiraqana ilə oxunuşu:
- いくな!
- よけいなおせわだ!
- いったらどんなことになるか、きろくをみせてやる。
- また、れいのアルバムかい?
Tərcüməsi:
- A: Getmə!
- B: Sənlik deyil!
- A: Getsən nə olacağını sənə sənədlə göstərəcəm.
- B: Yenə, məsələn albomu?
Yeni sözlər:
- 余計なお世話 [よけいなおせわ] sənin işin deyil, öz işinlə məşğul ol, sənlik deyil
- 記録[きろく] sənəd, qeydiyyat
- 見せてやる[みせてやる] göstərmək
- 例[れい] misal, məsələn, misalçün
Qrammatik izah:
~みせてやる Kiməsə nəyisə göstərmək üçün istifadə olunan qrammatik formadır. 僕があんたに見せてやる[ぼくがあなたにみせてやる] “Gününü göstərəcəm” mənasında, ifadə kimi tez-tez eşidə bilərsiniz.

- ちょっと挨拶してくる。
- ええ、長い間お世話になりました。お父さんもお母さんも、可愛がってくれて僕は幸せでした。でも、ひょっとすると今日でお別れかもしれない。
- 変な事言うわね。どこへ行くの。
Tərcüməsi:
- A: Biraz sağollaşıb gəlirəm.
- A: Şey, uzun zaman qayğıma qaldınız. Atam, anam tərəfindən əzizləndiyimə görə xoşbəxt idim. Amma ola bilsin ki, bu gün sağollaşırıq.
- B: Qəribə danışırsan. Hara gedirsən?!
Yeni sözlər:
- 挨拶[あいさつ] salamlaşma, sağollaşma, görüşmə
- 長い間[ながいあいだ] uzun müddət
- お世話になります[おせわになります] qayğısına qalmaq, diqqətində olmaq
- 可愛がってくれる[かわいがってくれる] əzizlənmək
- 幸せ[しあわせ] xoşbəxtlik
- ひょっとするとola bilsin, mümkün
- 別れ[わかれ] ayrılıq, sağollaşma
- 変な[へんな] qəribə
Qrammatik izah:
- ~てくる Hər hansı bir hərəkəti edib gəlmək. Məsələn : パンをかってくる “çörək alıb gəlirəm“
- Felの? Felin lüğət formasından sonra の? gəldiyi zaman qarşımızdakı insandan hər hansı bir məlumatı dəqiqləşdirmək üçün yenidən sual verərək təsdiq edirik. Məsələn: 見るの? “görürsən?”
Bu kimi dərslərin davamını oxumaq üçün sayta abunə olmağı, sualınız varsa şərh yazmağı unutmayın!

Sizə necə köməkçi ola bilərik ?

