Yapon dili öyrənənlər üçün növbəti 26 yaşlı müsahibimiz Nərgiz Bağırlı, Kioto universitetində təhsil alır. Onun yapon dilində əldə etdiyi uğuru, elə öz dilindən oxuyaq:

Onun haqqında qısa məlumat:

Bağırlı Nərgiz,26 yaş, Bakı Dövlət Universiteti Çin üzrə regionşünaslıq fakultəsinin məzunuyam.Hal-hazırda Kioto Universitetində dilçilik üzrə tədqiqat aparıram.


1. Yapon dili öyrənməyə başlayanda ilk çətinliyin nə olub?

İlk zaman heroqliflərdən əziyyət çəkirdim,indi isə heroqlifsiz bacarmıram.


2. Ətrafının yapon dili öyrəndiyini biləndə reaksiyası necə olub?

Ailəm və yaxın dostlarım hər zaman dəstəklədilər.


3. Sizə görə yapon dili bilməyin faydaları nələrdir?

Xaricdə olduğun zaman rahatlıqla yapon dostlar qazana bilirsən.Yaponiyada yapon dili vasitəsilə hər bir işini özün rahat həll edə bilərsən.Bundan başqa yapon film və ya animelərə subtitrsiz baxa,manqa və ya əsərləri yapon dilində oxuya,yaponları daha gözəl anlaya bilirsən.

4. Kaş ki yapon dilini daha çox bilərdim dediyin an olubmu?

Olmayıb. Amma fikrimi çatdırmaqda çətinlik çəkdiyim anlarım olub.


5. Yapon dilində hansı səviyyədə olduğun zaman öz-özünə “yapon dilini yaxşı bilirəm” demisən?

Mənim JLPT N1-im olsa belə mən, hələ də “yapon dilini yaxşı bilirəm” deyə bilmirəm.

6. Yapon dilində tərcümə ilə məşğul olmaq daha rahatdır yoxsa sadəcə dilin istifadəçisi olmaq?

Mənim fikrimcə hər bir dili dil istifadəçisi kimi işlətmək daha rahatdır.Tərcüməçilik bir professiyadır və yapon dilindən tərcümə etmək çətin deyil.Amma tərcüməçilikdə də peşakar olmaq lazımdır.

7. Sənə görə sadəcə yapon dili bilməyin dezavantajları nələrdir?

Yaponiyada yalnız yapon dili bilgisi ilə işə düzəlmək şansı çox azdır.


8. Yapon dili bildiyinə görə səndən ən çox nəyi xahiş edirlər?

Dost və tanışlarım məndən nəyisə tərcümə etməyimi, onların əvəzinə telefonla danışmağımı xahiş edirlər.


9. Yapon dilində olmasını istəmədiyin qaydalar nələrdir? Sənə görə onları öyrənmək dildən bezdirir.

Yapon dilini öyrənməyə başladığım vaxtdan artıq 6 il keçir və hələ də bu dildən bezməmişəm.Mənim fikrimcə yoxdur.

10. Yapon dilində ən sevdiyin söz, heroqlif hansılardır?

志 (kokorozaşi)

11. Yapon dilində gözəl səslənən və bizim dildə də olmasını istədiyin sözlər və ya ifadələr varmı?

-“お疲れ様です” (otsukaresamadesu),kaş ki bizim dildə də belə ifadə olardı.


12. Yapon dilində danışanda ən çox nəyə fikir verirsən? Düzgün tələffüz etməyə yoxsa düzgün qrammatik danışmağa?

Yapon dilində danışdığım zaman heç birinə fikir verməmişəm.Qarşımdakı məni rahat anlaması üçün hər zaman sözlərimi seçərək danışmağa çalışmışam.


13. JLPT sertifikatını almaq vacibdir? JLPT hazırlaşmaq daha sərfəlidir yoxsa sadəcə dili öyrənmək?

Əgər JLPT N3 və yuxarı səviyyədədirsə olması daha yaxşıdır.

14. Yapon dili öyrəndikdən sonra xarakterində, həyata baxışında və ya həyatında nələr dəyişdi?

Böyük bir dəyişikliyin baş vermədiyini düşünürəm.

15. Yapon dilində ən çox kiminlə danışırsan?

Yaxın yapon dostlarımla danışıram.

16. Yapon dilini yaxşı bilmək üçün ən azı nə qədər vaxt lazımdır?

N5-dən N1-ə qədər ən azı 2 il yarım kifəyət edir. Amma hər kəsin qavramaq qabiliyyəti eyni olmadığını nəzərə almaq lazımdır.


17. Yaponiyada təhsil və ya iş üçün yapon dilində hansı səviyyədə olmaq vacibdir?

N2 və üzəri deyirlər. N1 olsa daha rahat olar və bu yenə də baş vurulacaq işlərdən aslı olaraq dəyişir.

18. Yapon dilini digər dillərdən fərqli edən nədir?

Təqlidi sözlərin çox olması.


19. Yapon dilini öyrəndiyinə görə peşman olduğun olubmu?

Dil biliyi heç nəyə mane deyil. Düşünürəm ki, heç vaxt peşman olmaram.


20. Yapon dili öyrənənlər üçün məsləhətin nədir?

Dili öyrəndiyiniz zaman onu hiss etməyə çalışın.


https://jacrazy.me/kurs-haqqinda/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: