Növbəti 23 yaşlı müsahibimiz Sirac Ağayev, Osaka universitetinin məzunudur. Hal-hazırda Osakada menecer köməkçisi vəzifəsində işləyir. Onun yapon dilində əldə etdiyi uğuru, elə öz dilindən oxuyaq:

Sirac Ağayev

Onun haqqında qısa məlumat:

Sirac Ağayev. Yardımlı rayonunda anadan olmuşam. 23 yaşım var. Bakı Dövlət universitetinin “Yaponşünaslıq” fakültəsinə daxil olub, bitirdikdən sonra bir il Osaka universitetində təhsil almışam. Təhsilimi bitirdikdən sonra Yaponiyada işləməyə qərara gəldim. Hal-hazırda Osakada menecer köməkçisi vəzifəsində işləyirəm.


1. Yapon dili öyrənməyə başlayanda ilk çətinliyin nə olub?

Yapon dilini öyrənməyə başlayanda heroqlifin yazılışı çox çətin gəlirdi, xətt sıraları yadımda qalmırdı. Tez-tez unudurdum.


2. Ətrafının yapon dili öyrəndiyini biləndə reaksiyası necə olub?

Ümumiyyətlə fakültəni seçəndə belə hamı çox etiraz elədi. Ailəm belə. Amma mənim böyük marağım var idi deyə, bütün bunlara baxmayaraq öyrənməyə davam elədim.


3. Sizə görə yapon dili bilməyin faydaları nələrdir?

Yapon dilini bilməyin bir sıra faydaları var. İlk öncə, məqsəddən çox şey aslıdır. Ola bilər ki,  Yaponiyada işləmək istəyi, və yaxudda Yaponiya tarixinə maraq və sairə.

4. Kaş ki yapon dilini daha çox bilərdim dediyin an olubmu?

Fikrimcə, bunu Yaponiyada olduğum müddətdə, bütün ömrüm boyunca deyəcəm. Çünki yapon dilin mükəmməl bilirəm deyən adamın var olduğuna inanmıram. Bu, qeyri-mümkündür.


5. Yapon dilində hansı səviyyədə olduğun zaman öz-özünə “yapon dilini yaxşı bilirəm” demisən?

N2 səviyyəsində rahat başa düşməyə başlayanda.

6. Yapon dilində tərcümə ilə məşğul olmaq daha rahatdır yoxsa sadəcə dilin istifadəçisi olmaq?

Fikrimcə, yapon dilindən başqa dilə tərcümə etmək çox çətindir. Çünki bu dildə bir çox ifadələr var ki, onların bizim dildə tərcümələri yoxdur. Ona görədə tərcümə çətin olur. Bəzən həmin sözləri başa düşürəm amma mənasını soruşsanız bizim dildə ifadə edə bilməyəcəm.

7. Sənə görə sadəcə yapon dili bilməyin dezavantajları nələrdir?

Yaşadığın yerdən aslıdır. Yaponiyada yaşayırsansa və yapon dilini bilirsənsə elədə çətinliyin olmur.


8. Yapon dili bildiyinə görə səndən ən çox nəyi xahiş edirlər?

Ümumiyətlə mədəniyyətinə marağı olan tanışlarım çoxdur. Ona görədə çox sayıda yapon mədəniyyəti haqqında soruşanlar var.


9. Yapon dilində olmasını istəmədiyin qaydalar nələrdir? Sənə görə onları öyrənmək dildən bezdirir.

N1 səviyyəsində mənaları çox yaxın qaydalar var. Həmçinin ifadələr də yaxın mənalıdır. Bunların fərqini heç yaponlar da dərk eləmir deyə düşünürəm.

10. Yapon dilində ən sevdiyin söz, heroqlif hansılardır?

Yapon dilində ən çox sevdiyim cümlə: 私はあなたが作った味噌汁を食べたい. Tərcüməsi belədir: Mən sənin bişirdiyin miso supundan yemək istəyirəm. Miso supu Yaponiyada çox məşhurdur və önəmli yeməklərdən biridir. Bu cümləni evlilik təklifi kimi də istifadə edirlər.

11. Yapon dilində gözəl səslənən və bizim dildə də olmasını istədiyin sözlər və ya ifadələr varmı?

Çox sayıda elə ifadələri misal çəkə bilərəm. Əslində yapon dilində qısa ifadələr çoxdur ki, istəyərdim bizim dildə də olsun. Məsələn: お疲れ様、よろしくkimi ifadələr.


12. Yapon dilində danışanda ən çox nəyə fikir verirsən? Düzgün tələffüz etməyə yoxsa düzgün qrammatik danışmağa?

Əlbəttə ki, düzgün tələffüz etməyə fikir verirəm. Qrammatikanın elədə önəmli olmadığın düşünürəm.


13. JLPT sertifikatını almaq vacibdir? JLPT hazırlaşmaq daha sərfəlidir yoxsa sadəcə dili öyrənmək?

Ümumiyyətlə yapon dilinin səviyyələrə bölünməsindən heç xoşum gəlmir. Həmdəki N1 səviyyəsində olsan belə, o yapon dilinin 10% -i belə deyil.

14. Yapon dili öyrəndikdən sonra xarakterində, həyata baxışında və ya həyatında nələr dəyişdi?

Yaponlarla tanış olandan sonra xarakterimdə çoxlu dəyişikliklər baş verdi. Beləki, bir şeyi düşünəndə və ya danışanda özümü qarşımdakının yerinə qoyub sonra qərar verməyə başladım. Yapon mədəniyyətində yaponlar düşündüyü fikri bir-başa demirlər. Mən, əvvəllər bir-başa ifadə edirdim indi isə tərəddüd etməyə başlamışam. Və ən əsası, Yaponiyada sözün deyiliş tərzinə qarşı yaponlar çox həssasdır. Yəni qarşındakı insanın səninlə olan əlaqəsindən aslı olaraq ona uyğun söz istifadə edirlər. Bu adam sənə yaxındırsa və ya uzaqdırsa, səndən yaşda böyük və ya kiçik, bunların hər birinə uyğun eyni mənalı amma müxtəlif söz istifadə edirlər. Mən belə şeyə heç fikir vermirdim.

15. Yapon dilində ən çox kiminlə danışırsan?

Ən çox işdə istifadə edirəm. Həmçinin dostlarımla.

16. Yapon dilini yaxşı bilmək üçün ən azı nə qədər vaxt lazımdır?

Bir yaponun danışdığını başa düşmək üçün heç olmasa 3-4 il lazımdır.


17. Yaponiyada təhsil və ya iş üçün yapon dilində hansı səviyyədə olmaq vacibdir?

N2 səviyyəsindən yuxarı tələb olunur. Amma sertifikat tələb etməyən iş yerləri də var.

18. Yapon dilini digər dillərdən fərqli edən nədir?

Söz və ifadə zənginliyi.


19. Yapon dilini öyrəndiyinə görə peşman olduğun olubmu?

Yaponiyaya gələndən sonra olmayıb.


20. Yapon dili öyrənənlər üçün məsləhətin nədir?

Yaponiyanı sevməyə çalışın. Nəyinsə xatirinə öyrənməyin. Ilk öncə mədəniyyəti sevmək lazımdır.
Son olaraq, çoxlu danışmaq lazımdır. Yaponlarla danışanda sizə, yapon diliniz çox mükəmməldir deyirlər. Nə zamanki bunu demirlər, bilin ki, o zaman yapon dilini başa düşürsünüz.


https://jacrazy.me/kurs-haqqinda/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: