Əgər Yaponiyaya biraz da olsun marağı olan insanların arasında sorğu aparsaq görərik ki, “konniçiva” sözündən sonra ən çox bilinən söz “baka” sözüdür. Bunun səbəbi isə hamımıza bəllidir. Animelər, mangalar, filmlər..bu siyahı bitib tükənmir. Əslində isə “baka” sözü təkcə “axmaq” mənasında işlənmir. Necə?
İlk mənası təbii ki, “axmaq” mənasında işlənir. Digər mənalarına nəzər yetirək:
1.頭が悪い/つまらない/くだらない Başı xarab, maraqsız, lazımsız
- 今日はTシャツに1万円も払ってしまった。なんてバカなことをしたんだろう。Bu köynəyə 10.000 yen pul verdim.Niyə belə axmaqlıq elədim e.
- ばかね。いいから、もう泣かないで Axmaq..Bəsdir, artıq ağlama.
子供や友達などに親しみや愛情を込めて言う場合もあります。
Qeyd. Uşaqları, dostları, yaxınları əzizləmək mənasında da “axmaq” kimi istifadə edə bilərsiniz.
2.「ばかに」程度が大きい/とても
Dərəcə, limiti göstərmək üçün də istifadə edilir. “Çox”, “xeyli” kimi tərcümə olunur. Diqqət edilməli məqam odur ki, cümlənin mənası şikayət, narazıçılıq, ələ salmaq kimi gedir.
- 今日は、ばかに寒いね。Bu gün çox soyuqdur.
- この店、ばかに高いね。ほかの店へ行こう。Bu mağaza çox bahadır. Başqa mağazaya gedək!
Sizə necə köməkçi ola bilərik ?

