Yapon dili öyrənənlərin sevimli manga personajı sayılan “Doraemon” ilə yapon dili öyrənək! Bu kimi dərs sizə, təkrar etməyə nəinki imkan yaradacaq, həm də əylənərək yapon dili öyrədəcək! Elə isə ilk bölümə başlayaq:

İlk öncə dialoqun sözləri ilə tanış olaq:

A: よくわかったな。どうだ、おどろいただろ。
B: べつに
A: べつにだって! おまえ すなおじゃないなあ。おどろいたらおどろいたと、うらやましいならうらやましいとはっきり..
B: だってうらやましくないもん。

İndi isə dialoqun qrammatik hissələrinə diqqət yetirək:

A: よくわかったな。どうだ、おどろいただろ。
B: べつに。
A: べつにだって! おまえ すなおじゃないなあ。おどろいたらおどろいた、うらやましいならうらやましいとはっきり..
B: だってうらやましくないもん

Tərcüməsi :

A: Yaxşı bildiniz. Necədir? Təəccübləndiz, hə?!
B: Heç də!
A: “Heç də” deyəndə ki?! Sən dürüst deyilsən.. Təəccüblənəndə təəccübləndiyini, paxıllıq çəkəndə də paxıllıq etdiyini təmiz..
B: Amma, paxıllıq çəkmədim axı!


Sözlərin izahı:

1. 別に[べつに] heç nə, heç də, xüsusi deyil, ayrı, ayrılıqda

Burada べつに sözü “heç də“, “heç də deyil” kimi işlədilib. Adətən narazılıq, söhbəti dəyişmək kimi niyyətli cümlələrdə tək halda istifadə edilir.

  1. 素直[すなお] dürüst
  2. 驚く[おどろく] təəccüblənmək
  3. 羨ましい[うらやましい] paxıllıq
  4. はっきりtəmiz, səlis, dəqiq
  5. だって axı, amma, həmçinin

Qrammatika izahı :

1. だろ➡️だろう qrammatik formasının qısa formasıdır. Daha çox danışıq cümləsində istifadə edilir. Adi formadan sonra işlənir. “elədir?” , “?”, “deyəsən“, “yəqinki” kimi tərcümə olunur. Qarşımızdakı insandan təsdiq məqsədi ilə verilən intonasiyalı sualdır. Cümlədə olan fikri daha qüvvətləndirmək üçün işlənir. Yəni, qarşımızdakı insan bu suala cavab verməyə bilər.

2. だって➡️ な sifətləri ilə istifadə olunduğu zaman だ , daha sonraって forması əlavə edilir. “Deyəndəki” kimi tərcümə olunur.という formasının danışıq formasıdır. Qarşımızdakı insanın dediyi fikri dəqiqləşdirmək üçün yenidən işlənən cümlədir.

3.~たら..と/ なら..と➡️ “..olanda.. belə, bu olanda..belə” kimi tərcümə olunur. Hər hansı bir problemli situasiya və ya vəziyyət olduğu təqdirdə məsləhət vermək məqsədilə işlənən qrammatik formadır. たら/なら – şərt formasıdır, ikisindən biri işlənə bilər.

4. もん➡️ Yalnız danışıqda istifadə olunur. Daha çox cümlədə deyinmək, narazıçılıq, şikayət etmək hissini vurğulamaq üçün işlənir. “axı” kimi tərcümə edə bilərik. “Paxıllıq çəkmədim axı”


Monoloqun sözləri ilə tanış olaq:

なんだい! たかがおもちゃじゃないか。あんなのちっともうらやましく..

  1. なんだい! Nə olsun ki?!
  2. おもちゃ oyuncaq
  3. ちっとも bir balaca

🖊Qeyd. ちっとも işləndiyi cümlə inkarda işlənməlidir. Manqada danışıq üslubu olduğuna görə biz onu adi formaya salsaq belə olardı : ちっともうらやましくない “bir balaca da paxıllıq çəkmirəm!” Manqada isə personajın hissini daha qüvvətləndirmək üçün qısaldılıb. “çəkmir…”


🎐Bu kimi dərslərin davamını oxumaq üçün sayta abunə olmağı, sualınız varsa şərh yazmağı unutmayın📣


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: